Talassemiya daşıyıcılığının təyini
İlk addımda tətbiq olunan elektroforez və ya HPLC ilə hemoqlobinopatiya skrininqi, şəxsdə hemoqlobin quruluşu pozğunluğu və hemoqlobin sintezinə təsir göstərən talassemiya xəstəliyinin olub olmadığı haqqında məlumat verir.
Bütün yaş qruplarında, HbA2 nisbətinin 4,0%-dən çox olması talassemiya daşıyıcılığı ehtimalını dəstəkləyən bir əlamət olaraq şərh olunur. Elektroforez texnikası istifadə olunaraq aparılan skrininq zamanı olduğu kimi, HPLC texnikası ilə aparılan skrininq zamanı da, əldə edilən nəticələr ailə anamnezi, kliniki əlamətlər, tam qan sayımı nəticələri, periferik yayma incələməsi, serumda dəmir və ferritin konsentrasiyası kimi analiz nəticələri də diqqətə alınaraq şərh edilməlidir.

