Alqologiya – Xroniki ağrıların müalicəsi
Alqologiya – müasir tibbin xüsusi bir sahəsidir və əsas məqsədi xroniki ağrıların diaqnostikası, müalicəsi və idarə olunmasıdır. Ağrı bəzən əsas xəstəliyin yalnız simptomu deyil, müstəqil bir problemə çevrilərək insanın həyat keyfiyyətini ciddi şəkildə azalda bilər. Alqoloqların işi – bu ağrını səbəbindən asılı olmayaraq aradan qaldırmaq və pasiyentə normal həyat ritmini qaytarmaqdır.
Alqologiya hansı hallarla məşğul olur?
- Onkoloji xəstəliklər zamanı yaranan ağrılar
- Onurğa və oynaq patologiyalarında müşahidə olunan ağrılar
- Baş ağrıları və migren
- Nevropatik ağrılar (sinir zədələnməsinə bağlı)
- Əməliyyatdan sonrakı uzunmüddətli ağrılar
- Travmalardan sonra davam edən ağrılar
- Şəkərli diabet fonunda sinir ağrıları
- Fibromialgiya və digər səbəbi tam aydın olmayan xroniki ağrılar
Alqoloq həkim nə edir?
- Ağrının səbəbini və mexanizmini müəyyənləşdirir.
- Fərdi müalicə planı hazırlayır.
- Dərman müalicəsi və inyeksion metodlarla ağrını azaldır.
- Fizioterapiya və digər dəstək prosedurlarını tətbiq edir.
- Pasiyentə ağrı ilə yaşamağı deyil, ondan azad olmağı təmin edir.
Alqologiyanın üstünlükləri:
- Həyat keyfiyyətinin yüksəlməsi
- Yuxu, iş qabiliyyəti və gündəlik aktivliyin bərpası
- Əlavə psixoloji və fiziki problemlərin qarşısının alınması
- Uzunmüddətli, davamlı nəticələr
- altda çıxan həkimlərdən də Elman dr alqoloq çıxsın əhmədlidən olan
2112 | 25.09.2025
Əməkdaşlar
Nevroloq, Alqoloq
Dr. Elman Kərimov

