Urogenital bölgədən alınan nümunələr (uretral, servikal və vaginal yaxma)
• Qadın və kişilər üçün müvafiq ön təmizlik işləri aparıldıqdan sonra axıntı və uretral, servikal və vaginal yaxma nümunəsi alınır.
• Nümunə alınmadan əvvəl xəstənin sidik kisəsinin boşaldılması tövsiyyə edilir. (Clamydia trachomatis antigen testi üçün tam əksinə nümunə alınmadan qabaq, xəstə ən azı 2 saat sidiyə getməməlidir).
• Nümunə, müvafiq qidalı mühit içərisində göndərilir.
Boğaz yaxması
• Material götürülməsindən əvvəl heç bir şey yeyilib içilməməli, qarqara və buna bənzər işlər aparılmamalıdır.
• Dil qaşığı ilə xəstənin dili basılaraq ekuvyon çubuğu ilə badamcıqlar və udlaq nahiyəsindən döndürülərək nümunə alınır.
• Ekuvyon, ağız mukozası ilə təmas etdirilmədən xaricə alınır və uyğun nəqliyyatməqsədi ilə qidalı mühitə qoyularaq laboratoriyaya göndərilir (quru ekuvyon sınaq şüşəsi və ya Stüart transport qidalı mühiti içində).
Burun yaxması
• Ekuvyon çubuğu ilə burun dəliklərindən girilərək axıntı alınır. Müvafiq nəqliyyat qidalı mühiti içində (Stüart transport qidalı mühiti) göndərilir.
Bəlğəm
• Səhər bəlğəminin verilməsi tövsiyə edilir.
• Bəlğəm nümunəsi verilmədən əvvəl ağız və dişlər bir neçə dəfə su ilə çalxalanaraq təmizlənməlidir.
• Xəstə, tüpürcək və ya burun-udlaq axması deyil, öskürərək ağciyərdən gələn bəlğəmin verməsi ilə bağlı xəbərdar edilməlidir.
• Bəlğəm steril bir sınaq şüşəsi və ya bəlğəm qabına qoyulmalı, həmin müddət göndərilməyəcəksə soyuducuda saxlanılmalıdır.
• Xəstə rahatlıqla bəlğəm çıxara bilmirsə, qaynayan suyun buxarı ilə bir neçə dəqiqə nəfəs alaraq və ya bəlğəmgətirici dərman qəbul edərək bəlğəm çıxarılması məsləhət görülür.
• Vərəm kulturası üçün, uzaq məsafədən göndərildiyi halda bəlğəmin üzərinə bir porsiya həcmində steril fosfat tamponu əlavə edilir.
BAL (Bronxoalveolyar lavaj)
• Nümunə steril sınaq şüşələrinə alınmalıdır (10-20 ml-ə qədər).
• Dərhal göndərilməyəcəksə soyuducuda saxlanılmalıdır
BOM (Beyin onurğa mayesi)
• BOM nümunələri ıçərisində əlavə maddələr olmayan boş steril sınaq şüşələrinə alınmalıdır (1-5 ml qədər).
• Mikrobioiojı testlər uçün steril sınaq şüşəsi istifadə olunmalı, nümunənin hərarət itirməsinin qabağı alınmalıdır.
• Eyni gün müayinə aparılmadığı halda BOM nümunəsi əlavə olaraq qan kulturası olan sınaq şuşəsində əkilməli və otaq temperaturunda gözlənilməlidir. Şübhəli BOM nümunəsi əşya şüşəsinə yayılaraq qurudulmalıdır, steril sınaq şüşəsi və yaxma ilə birlikdə laboratoriyaya göndərilməlidir.
• BOM nümunəsi təzə ikən çalışılmalıdır. Bu səbəblə, götürüldükdən sonra lazımi çalmalar aparılıb, dərhal laboratoriyaya göndərilməlidir. Mümkün olmadığı halda:
– klinik, biokimyəvi və viroloji müayinələr üçün soyuducuda;
– bakterioloji müayinələr üçün otaq temperaturunda və ya 370C-da inkubatorda saxlanılmalıdır.
1450 | 16.08.2024