Maqnit Rezonans Tomoqrafiyası (MRT) – Dəqiq və Etibarlı Diaqnostika
Maqnit Rezonans Tomoqrafiya (MRT) insan bədəninin daxili orqanlarının yüksək dəqiqliklə vizuallaşdırılmasını təmin edən müasir və təhlükəsiz diaqnostik metodlardan biridir. MRT, sabit maqnit sahəsində toxumalarda yerləşən hidrogen nüvələrinin yüksək tezlikli impulslara verdiyi cavab reaksiyasını ölçərək, detallı və aydın təsvirlər əldə etməyə imkan yaradır.
MRT hansı hallarda istifadə olunur?
MRT, xüsusilə sinir sistemi, sümük iliyi, əzələ-oynaq sistemi və yumşaq toxumaların diaqnostikasında geniş tətbiq olunur. Bu müayinə üsulu sayəsində dərin yerləşmiş bioloji toxumaları, iltihabi prosesləri və patologiyaları yüksək dəqiqliklə aşkar etmək mümkündür.
Klinikamızda MRT müayinəsi – Müasir və Peşəkar Yanaşma
Referans Hospitalda MRT müayinələri həyata keçirilir. Bu aparatlar vasitəsilə aşağıdakı sahələrdə yüksək keyfiyyətli MRT müayinələri aparılır:
Baş və Sinir Sistemi MRT
- Cerebral MRT (Beyin MRT)
- Orbital MRT (Göz yuvası MRT)
- Paranazal sinuslar MRT (Üz sümüyü və sinus MRT)
- Kəllə əsası MRT
- Hipofiz MRT
Boyun və Onurğa MRT
- Boyun orqanları MRT
- Onurğa sütunu MRT (Boyun, döş və bel fəqərələri)
- Servikal (boyun damarları) MR Angioqrafiya
Daxili Orqanlar və Çanaq MRT
- Yuxarı abdomen MRT (Qaraciyər, mədəaltı vəzi, öd kisəsi və dalaq)
- Pelvik MRT (Çanaq orqanları, yumurtalıqlar, prostat və sidik kisəsi)
- Böyrəklər və böyrəküstü vəzlər MRT
- MR Xolangioqrafiya (Öd yollarının MRT müayinəsi)
Oynaq və Sümük MRT
- Bud-çanaq oynağı MRT
- Diz oynağı MRT
- Dirsək MRT
- Oma-qalça oynaqları MRT
Niyə Referans Medical Groupda-da MRT?
- Yüksək texnologiyalı MRT cihazları – Daha dəqiq və keyfiyyətli görüntü
- Sürətli və rahat MRT müayinələri – Gözləmədən xidmət alma imkanı
- Təhlükəsiz və şüasız diaqnostika – X-ray və KT-dən fərqli olaraq ionlaşdırıcı şüa yoxdur
- Təcrübəli həkim-radioloqlar – Peşəkar diaqnoz və məsləhət
MRT müayinəsi ilə bağlı ətraflı məlumat almaq və ya randevu təyin etmək üçün bizimlə əlaqə saxlayın!
MRT (Maqnit Rezonans Tomoqrafiya) müayinəsinin aparıldığı filiallarımız:
- Referans Hayat Hospital, Bakı şəh., Yasamal r., Mətbuat pr. 35A
- Referans Qəbələ Tibb Mərkəzi: Qəbələ şəh., A. Səhhət küç. 25A
- Referans Xaçmaz Tibb Mərkəzi: Xaçmaz şəh., N.Nərimanov küç. 49 (keçmiş NK-AY klinikası)
- Referans Naxçıvan Tibb Mərkəzi: Naxçıvan şəh., 11-ci Məhəllə
- Həmçinin Referans Medical Group daxilində fəaliyyət göstərən Leyla Medical Centerdə aparılır.