Rəqəmsal Mammoqrafiya Müayinəsi
Süd vəzi sağlamlığınız üçün ən dəqiq yanaşma!
Siemens Mammomat Inspiration cihazı ilə həyata keçirilən rəqəmsal mammoqrafiya, süd vəzi xərçənginin və digər süd vəzi xəstəliklərinin erkən mərhələdə aşkarlanmasında yüksək dəqiqlik təqdim edən müasir görüntüləmə üsuludur. Müasir tibbi texnologiyalar sayəsində bu müayinə artıq daha dəqiq, təhlükəsiz və komfortlu şəkildə həyata keçirilir.
Müayinənin Üstünlükləri:
- 3D Tomosintez texnologiyası - Süd vəzi toxuması qat-qat görüntülənir ki, bu da kiçik ölçülü dəyişikliklərin belə vaxtında aşkarlanmasına imkan verir. Bu üsul ənənəvi mammoqrafiyaya nisbətən daha dəqiq nəticələr təqdim edir.
- Minimal radiasiya - Yüksək keyfiyyətli görüntünü saxlamaqla, daha aşağı şüalanma dozası ilə pasiyentin təhlükəsizliyini qoruyur.
- Rahat və ağrısız müayinə - Yeni nəsil mammoqrafiya sistemləri unikal kompressiya sistemi sayəsində ağrını minimuma endirir və müayinəni daha sürətli və komfortlu edir.
- Tez və dəqiq nəticə - Avtomatlaşdırılmış görüntüləmə parametrləri və yüksək həssaslıqla çalışan detektorlar sayəsində nəticələr qısa müddətdə əldə edilir.
- Erqonomik dizayn - Müxtəlif yaş qrupları və bədən ölçüləri üçün uyğunlaşdırılmış platforma sayəsində hər bir pasiyent özünü rahat hiss edir.
Niyə Rəqəmsal Mammoqrafiya?
Erkən diaqnostika həyat qurtara bilər. Süd vəzilərində hər hansı bir dəyişiklik nə qədər tez aşkar olunarsa, bir o qədər effektiv və müvəffəqiyyətli müalicə planı hazırlana bilər. Rəqəmsal mammoqrafiya bu baxımdan ən etibarlı vasitələrdən biridir.
Sağlamlığınız üçün vaxtında addım atın!
Əgər 40 yaş üzərisinizsə və ya ailənizdə süd vəzi xərçəngi halları olubsa, mütəmadi mammoqrafiya müayinələri sizin üçün vacibdir.
Müayinənin Aparıldığı Ünvan:
Referans Hayat Hospital
Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti 35A