Cardisio – ürək sağlamlığında inqilab: süni intellekt əsaslı alman diaqnostikası!
Alman texnologiyası və süni intellekt dəstəyi ilə yüksək dəqiqlik.
Cardisio – Almaniyada hazırlanmış, süni intellektlə işləyən yeni nəsil diaqnostik cihazdır. Bu cihaz sayəsində ürəyinizdəki erkən dəyişikliklər cəmi 4 dəqiqəlik sadə və ağrısız müayinə ilə aşkarlanır.
Cardisio-nun ənənəvi ürək müayinələrindən fərqi nədir?
- Gələcəkdə yaranma ehtimalı olan ürək xəstəlikləri risklərini aşkarlayır.
- Simptomsuz mərhələdə belə gizli riskləri müəyyən edir.
- Ürək siqnallarını dərinləşdirilmiş şəkildə süni intellektlə təhlil edir.
- Ailəvi risk faktorlarını nəzərə alaraq fərdi analiz təqdim edir.
- Nəticələr Almaniyada təhlil olunur və mütəxəssis həkimlərə təqdim edilir.
Müayinə necə aparılır?
- Heç bir invaziv müdaxilə, ağrı və ya narahatlıq yoxdur.
- Sizə rahat şəkildə (oturaq və ya uzanıqlı vəziyyətdə) cihaz ürək fəaliyyətinizi qeydə alır və EKQ siqnallarını birbaşa Almaniyadakı analiz mərkəzinə göndərir.
- Orada süni intellekt alqoritmləri tərəfindən yüksək dəqiqliklə analiz aparılır.
- Nəticələr mütəxəssis həkimlərə təqdim edilir və ilkin risklər vaxtında müəyyən edilərək sizə ətraflı müayinə raporu təqdim olunur.
Cardisio-nun üstünlükləri:
- 4 dəqiqəyə müayinə imkanı
- İnvaziv deyil – iynəsiz, ağrısız və təhlükəsizdik
- Süni intellektlə yüksək dəqiqlikdə analiz
- Klassik müayinələrlə müqayisədə daha sürətli və effektiv
- Ailəvi risk faktorlarının aşkarlanması
- Erkən mərhələdə xəstəlik risklərinin aşkarlanması
- Həkimlər üçün doğru və vaxtında müalicə qərarları üçün dəstək
- Lazımsız prosedurlara və narahatlıqlara ehtiyac olmadan ilkin müayinə imkanı
Cardisio aşağıda qeyd olunan filiallarımızda mövcuddur.
Referans Poliklinik Nəsimi filialı ( Bakı şəh., Nəsimi ray., M.Mirqasımov küç. 25A)
Referans Mərdəkan Hospital (Bakı şəh., Xəzər ray., Mərdəkan qəs., Yesenin küç.92/1 və 92/2)
Referans Hayat Hospitalı ( Bakı şəh., Yasamal r., Mətbuat pr. 35A)
2784 | 03.11.2025

