Sidikdə narkotik testlər – insanların narkotik maddələrdən istifadə edib-etmədiyini aşkar etmək üçün tətbiq olunan laborator analiz metodudur. Bu testlər, həm qanuni (reseptlə verilən dərmanlar), həm də qanunsuz narkotik maddələrin istifadəsini müəyyən etmək məqsədilə geniş istifadə olunur.
Sidikdə narkotik testləri əsasən aşağıdakı maddələri aşkar edə bilir:
- Amfetaminlər – amfetamin, metamfetamin və MDMA (ekstazi) kimi stimullaşdırıcı maddələr.
- Kokain – kokain istifadəsinin izləri sidikdə adətən 1–4 gün ərzində aşkar oluna bilər.
- Opioidlər – heroin, morfin, kodein, oksikodon və digər opioid qrupuna aid maddələr. Bu maddələrin metabolitləri sidikdə daha uzun müddət qala bilər.
- Benzodiazepinlər – əsasən narahatlıq, yuxusuzluq və digər psixoloji pozuntuların müalicəsində istifadə olunan dərmanlar (diazepam, alprazolam və s.).
- Kannabis (marixuana, THC) – marixuananın aktiv komponenti olan THC-nin metabolitləri sidikdə günlərlə, hətta müntəzəm istifadəçilərdə həftələrlə qalır.
- Barbituratlar – yuxu və sakitləşdirici təsir göstərən dərman qrupu.
Test nəticələrinin şərhi:
- Pozitiv nəticə – sidik nümunəsində müvafiq narkotik maddə və ya onun metabolitləri aşkarlanıb.
- Negativ nəticə – nümunədə heç bir narkotik maddə aşkar olunmayıb.
Nəticələrin düzgünlüyü testin aparılma vaxtından, maddənin orqanizmdə qalma müddətindən və nümunənin götürülmə şəraitindən asılıdır.
65952 | 05.09.2025
Laborator müayinələr və ya digər xidmətlər üçün Ünvanda Tibbi Xidmət komandamız Sizə uyğun ünvanda və saatda xidmət göstərməyə hazırdır.
30 AZN
Müraciət et
Texniki Göstəricilər
|
BÖLMƏ
|
Dərman monitorinqi |
|
Testin kodu
|
Lab-15-011 |
Sizin ünvanda bizim tibbi xidmətlər
Laborator müayinələr və ya digər xidmətlər üçün Ünvanda Tibbi Xidmət komandamız Sizə uyğun ünvanda və saatda xidmət göstərməyə hazırdır.

