HCY
Artması müşahidə olunan hallar:
- B6, B12 vitamini və fol turşusu çatmamazlığı;
- böyrək fəaliyyətinin pozulması;
- kofe və spirtli içkinin ziyadə qəbulu;
- malabsorbsiya sindromu;
- metotreksat, metilprednizolon, peroral kontraseptivlər, teofillin, diuretiklər, hipolipidemik preparatların qəbulu.
Homosisteinin qanda yüksəlməsi ateroskleroz və trombozun inkişafına əsas rol oynayır.
Anadangəlmə homosisteinuriya metilentetrahidrofolat - reduktazanın defisiti ilə bağlıdır. Belə xəstələrdə ağır əqli zəiflik, skeletin patologiyası, ateroskleroz xəstəliyinin erkən inkişafı baş verir.

