İxtisas
Uroloq-Androloq
Fəaliyyət istiqaməti
- Pediatrik Urologiya
- Xayaların enməməsi (kriptorxizm)
- Hipospadiya – Sidik kanalının anadangəlmə yerləşmə pozuntusu
- PUV (Posterior uretral valv) – Oğlan uşaqlarında sidik kanalının daralması və sidik axınının pozulması
- Böyrək, sidik axarları, sidik kisəsi və prostat vəzinin şişləri – Erkən diaqnostika, əməliyyat və multidissiplinar müalicə yanaşması
- Sidikçıxarıcı sistemdə daş xəstəliklərinin müayinə və müalicəsi
- Daşların konservativ müalicəsi – Qidalanma, dərman və həyat tərzi dəyişiklikləri ilə yanaşma
- Endoskopik/lazer üsulu ilə cərrahi müalicə – Böyrək, sidik axarı və sidik kisəsindəki daşların minimal invaziv yolla çıxarılması
- Endoskopik və laparoskopik uroloji əməliyyatlar
- Prostat vəzinin xoşxassəli hiperplaziyası – Açıq və qapalı (TURP) üsullarla müalicə
- Laparoskopik əməliyyatlar – Böyrək kisti, hidronefroz və böyrəyin çıxarılması kimi hallarda minimal invaziv cərrahiyyə
- Mikroskopik varikoselektomiya – Varikoselenin yüksək dəqiqliklə cərrahi müalicəsi
- Sidik-cinsiyyət orqanlarının iltihabi xəstəliklərinin müayinə və müalicəsi
- Kəskin və xroniki infeksiyalar – Böyrək, sidik axarları, sidik kisəsi, sidik kanalı, testis, prostat vəz və seminal vezikulun iltihabları
- Cinsi yolla keçən infeksiyalar – Laborator diaqnostika və müasir müalicə protokolları
- Androloji problemlər və kişi sağlamlığının dəyərləndirilməsi
- Erektil disfunksiya (cinsi zəiflik) – Hormonal, psixoloji və damar mənşəli səbəblərin qiymətləndirilməsi
- Erkən eyakulyasiya (boşalma) – Tərəfli yanaşma və medikamentoz müalicə
- Kişi sonsuzluğu – Spermoqramma, hormonal analizlər və uroandroloji dəyərləndirmə
- Sidik ifrazı ilə bağlı problemlərin müayinə və müalicəsi
- Sidik saxlamama (inkontinensiya)
- Hiperaktiv sidik kisəsi – Gündüz və gecə tez-tez sidiyə getmə, təcili tələbat hissi kimi halların diaqnostika və müalicəsi
Konfranslar
- 2015-ci ildə Türkiyənin Bezmialəm Vakıf Universitetinin xəstəxanasında endouroloji əməliyyatlar üzrə kurs keçmişdir.
Təhsil
- Avropa Uroloqlar Assosiasiyasının üzvi
- 2000-2006-cı illər Azərbaycan Tibb Universitetinin Müalicə-profilaktika fakultəsi, bakalavr.
- 2006-2008-ci illər Urologiya və andrologiya üzrə kliniki ordinatura təhsili, Rusiya Federasiyası, Sankt-Peterburq şəhəri.