Halsızlıq, ruh düşkünlüyü, yuxu pozğunluğu kimi əlamətləri çox vaxt gündəlik həyatın stresi ilə əlaqələndiririk. Halbuki, xroniki xəstəliklər əksər hallarda simptomsuz irəliləyir, yaxud ümumi yorğunluq kimi şikayətlərlə başlayır. Gizlidən inkişaf edən belə xəstəlikləri aşkarlamaq məqsədi ilə aparılan müayinə və testlər check up xidmətimizin əsasını təşkil edir.
Kişilərdə ağciyər,prostat,yoğun bağırsaq xərçəngi, ürək-damar xəstəlikləri, diabet, yüksək qan təzyiqi tez-tez rast gəlinən problemlərdir. Bu səbəbən kişi check up proqramlarımıza məhz bu xəstəlikləri erkən aşkara çıxaran testlər daxildir.