İstifadə müddəti: 1 il
Kart əsasında tətbiq olunan endirim: 10%
Kart əsasında təklif olunan xidmətlər:- Bakı və Abşeron rayonu üzrə 3 Ünvanda Tibbi Xidmət (ödənişsiz çağırış haqqı).
- Referans Wellbeing Center-da ödənişsiz So-Check müayinəsi (ağır metalların müayinəsi istisna olmaqla)
- İldə bir dəfə ödənişsiz Check Up
Check-upa daxildir:
- Terapevt qəbulu
- Pediatr qəbulu (kart sahibinin övladı üçün)
- Qanın ümumi analizi
- Abdominal USM
- EKQ
- Ağciyər rentgenoqrafiyası
Gold Medical Card-dan istifadə qaydaları:
- Kart fərdi olduğu üçün başqa şəxs tərəfindən istifadə edilə bilməz, əks halda kart ləğv olunur və məxsus olduğu şəxsə bir daha tibbi kart təqdim olunmur.
- Kart əsasında təqdim olunan ENDİRİM Referans Medical Group-a daxil olan bütün müəssisələrdə keçərlidir.
- Kart pasiyentə təqdim olunan gündən etibarən aktiv hesab olunur.
- Karta daxil olan Check up müayinə və endirimlər bir il ərzində aktivdir.
- Check up-a daxil olan və bir il ərzində istifadə olunmayan xidmətlər sıfırlanaraq, növbəti ilin bonusları ilə toplanmır.
- Kartın aktivləşdirilməsi üçün kart sahibi şəxsiyyətini təsdiq edən sənədi təqdim etməlidir.
- Bərpa edilən yeni kartda kart pasiyentin daha öncə keçdiyi bütün müayinələrin tibbi tarixçəsi əks olunur.
- Kartla bağlı dəyişiklik etmə hüququ Referans Medical Group-a məxsusdur.
- Medical Card itirilən zaman kart sahibi şəxsiyyətini təsdiq edən sənədlə Referans Klinik Laboratoriya Mərkəzinə müraciət etməlidir, xüsusi şərtlərlə kartın bərpası mümkündür.