15808  | 27.02.2025

Laborator müayinələr və ya digər xidmətlər üçün Ünvanda Tibbi Xidmət komandamız Sizə uyğun ünvanda və saatda xidmət göstərməyə hazırdır.
14 AZN
Müraciət et

Nəcis analizi

Nəcisin kliniki analizi (koproloji analiz): Nəcisin tərkibindəki fiziki, kimyəvi və mikroskopik göstəriciləri qiymətləndirmək üçün aparılan laborator müayinədir. Bu analiz həzm sistemi xəstəliklərinin diaqnostikası, bağırsaq funksiyalarının qiymətləndirilməsi və patogen mikroorqanizmlərin aşkar edilməsi üçün istifadə olunur.

Kliniki analiz zamanı qiymətləndirilən göstəricilər:
  1. Fiziki xüsusiyyətlər: Nəcisin rəngi, konsistensiyası (bərk, yumşaq, sulu), qoxusu və həcmi qiymətləndirilir. Bu göstəricilər həzm sistemi ilə bağlı ilkin məlumat verir.

  2. Kimyəvi analiz:  gizli qan, yağlar və digər kimyəvi komponentlərin mövcudluğu yoxlanılır.

  3. Mikroskopik analiz: Nəcisdə qida qalıqları, parazit yumurtaları, bakteriyalar, göbələklər, leykositlər və eritrositlərin varlığı mikroskop altında araşdırılır.

Bu analiz mədə-bağırsaq xəstəlikləri, infeksiyalar, malabsorbsiyalı sindromlar və həzm prosesindəki pozuntuların aşkar edilməsinə kömək edir.


Rəngi: Normada qəhvəyi. Qara və ya qatranşəkilli-mədə-bağırsaq qanaxmalarında, tünd qəhvəyi- mədə həzminin çatışmamazlığında, çürük-dispepsiyasında, qəbzlik, kolit, yara tökmə ilə kolit, yoğun bağırsaqın sekretor funksiyasının artmasında, digər qəbzliklərdə, açıq  qəhvəyi -yoğun bağırsaqdan evakusiyanın sürətlənməsi, qırmızımtıl - yara tökmə ilə kolit, sarı - nazik bağırsaqlarda kifayət qədər həzm olunmaması, qıcqırma dispepsiyası, açıq- sarı - mədə altı vəzisinin çatışmamazlığında, bozumtul-ağ - ödün bağırsaqlara daxil olmaması.

Konsistensiya: Normada bərk, formalaşmış. Mədə həzmin pozulmalarda da bərk və formalaşmış ola bilər.Mədə altı vəzinin sekresiyanın pozulması və ödün daxil olmaması - məlhəmvari, nazik bağırsaqda kifayət qədər həzm olmaması və yoğun bağırsaqda -maye şəkilli, qıcqırma dispepsiyası, ishal ilə kolit və yoğun bağırsaqdan tezləşdirilmiş evakuasiya-sıyıqvari, qıcqırma dispepsiya-köpüklü, gəbəlik ilə kolit - qoyun şəkilli.

İyi: Normada spesifik, kəskin olmayan. Çürük iyli - mədədə həzmin çatışmamazlığı, çürüklü dispepsiya, qəbzlik ilə kolit, bağırsaqların hərəki pozulmalarında, üfunətli - mədə altı vəzinin sekresiyanın pozulmasında, ödün daxil olmaması, yoğun bağırsaqların artmış sekresiyası nəticəsində, zəif - yoğun bağırsaqda natamam həzm olunması nəticəsində, qəbzlik, nazik bağırsaqdan sürətlənmiş evakuasiya nəticəsində, şiddədsiz - yara tökmə ilə kolit, turş - qıcqırma dispepsiyası, yağ turşulu - yoğun bağırsaqdan sürətlənmiş evakuasiya.

Əzələ lifləri. Normada olmamalıdır,  az miqdarda ola bilər. İlk növbədə mədə həzmin çatışmamazlığında, mədə altı vəzinin sekretor funksiyasının pozulması, bağırsaqlarda sorulma prosesin pozulması nəticəsində arta bilər. Nəcisdə əzələ liflərin olması çürük dispepsiya əlamətləri ilə müşayiət olunur.

Neytral yağlar. Normada olmamalıdır. Adətən mədə altı vəzin sekretor funksiyasının pozulması nəticəsində aşkar olunur.

Yağ turşuları.Normada aşkar olunmur. Ödün daxil olmaması, nazik bağırsaqda həzmin kifayət qədər olmaması və sürətlənmiş evakuasiyası, qıcqırma dispepsiya, mədə altı vəzinin sekresiyasının azalması və yoğun bağırsaqdan evakuasiyanın sürətlənməsi zamanı müşahidə olunur.

Nişasta. Normada aşkar olunmur. Mədəaltı vəzinin sekresiyası pozulması, nazik bağırsaqda natamam həzm, qıcqırma dispepsiyası, yoğun bağırsaqdan evakusiyasının sürətlənməsi, mədə həzmin çatışmamazlığı zamanı aşkar edirlər.

Yodofil flora. Normada aşkar olunmur. Nazik bağırsaqda natamam həzm, yoğun bağırsaqdan evakusiyanın sürətlənməsi, qıcqırma dispepsiyası, mədə altı vəzinin sekresiyasının pozulması.

Selik. Xoralı kolit, qıcqırma və çürük dispepsiya, yoğun bağırsaqın sekretor funksiyasının artması, qəbzlik zamanı müşahidə olunur.

Eritrositlər: Normada aşkar olunmur.  Xoralı kolit, dizenteriya, hemoroy, poliplər, düz bağırsaqın çatı zamanı müşahidə olunur.

Qizli qan: mədənin  və on iki barmaq bağırsaqın xora xəstəliyi, mədənin və bağırsaqların bədxassələ törəmələrində müşahidə olunur.

Leykositlər: Normada aşkar olunmur. Xoralı kolit, bağırsaq  şişləri zamanı aşkar olunur.

Helmint yumurtaları: Müxtəlif helmintozlarda aşkar olunur.

Entamoeba hystolytica (dizenteriya amebi):  Vegetativ formasını və sistlərini ancaq təzə nəcisdə qeyd edirlər.

Lyambliyalar: Vegetativ formaları və sistləri lyambliyozda qeyd edirlər. Adətən vegetativ formaları ancaq güclü ishal sonra olan nəcisdə qeyd edirlər.


Nəcisdə qizli qan: Normada xəstənin düzgün hazırlanmasından sonra, nəcisdə qizli qan aşkar olunmur. Mədənin və on iki barmaq bağırsaqın xora xəstəliyi, qida borusunun, mədənin, bağırsaqların, duodenal məməciyin ilkin və metastatik törəmələrdə, bağırsaqların vərəmi, qeyri-spesifik xoralı kolit, bağırsaqların divarına zədələnən helmintlərin invaziyası, qara ciyər sirrozu zamanı, dalaq venasının tromboflebiti zamanı qida borusunun venaların genişlənməsi və s. hallarda reaksiya mübət ola bilir.

Nəcisdə bağırsaq qurdların yumurtaları. Normada aşkar olunmur. Bağırsaq qurdların yumurtaların olması invaziya olunan qurdun növünü qeyd etmək olar. (müayinəni təsdiqləmək üçün bir neçə dəfə təkrarlanması məsləhətdir.)
Texniki Göstəricilər
BÖLMƏ
Mikrobiologiya
Çalışma üsulu
Makroskopik və mikroskopik
Daşınma şəraiti
otaq temperaturunda 2 saat BuzdoLABı(2-8 °C) 24 Saat
Nəticə vermə vaxtı
Hər gün saat 17:00 da
Nümunə miqdarı
100-250 qr
Nümunə növü
Nəcis
Rədd etmə kriteriyaları
Material steril qabda götürülmədiyi halda.
Sinonim
Nəcis analizi
Testə hazırlıq/xüsusi şərtlər
Koproloji müayinəyə materialın toplanmasından öncə təmizləyici və müalicəvi imalələr etmək, işlədici preparatlar, aktivləşmiş kömür, Fe, Cu, Bi preparatları, yağ tərkibli şamlardan istifadə etmək olmaz.Material kolonoskopiya, mədə-bağırsaqların rentgenoloji müayinəsindən ən az 2 gün sonra toplanmalıdır.Materiala sidik və menstrual qanın qarışması yolverilməzdir.Nəcis birdəfəlik, steril, hermetik qapaqlı konteynlərə yığılır.Sidiyin və xarici cinsiyyət orqanların ifrazatının nəcisə qarışmasına yol vermək olmaz.Material götürüldükdən sonra 2 saat ərzində klinikaya çatdırılmalıdır (Nümunələr götürüldükdən 8 saatdan çox olmamaq şərtilə ilin soyuq vaxtlarında sərin yerdə, isti vaxtlarda soyuducuda +4-8 ºC temperaturda saxlanıla bilər, lakin bu hallarda götürülmə vaxtı bildirilməlidir.)Nəcisdə qurdların təyini zamanı nəcis 2 saatdan gec olmayaraq klinikaya çatdırılmalıdırQurd müayinəsi üçün analizi 1-2 gün arayla 3 dəfə vermək məsləhətlidir .Amebiazın təyini üçün 6 dəfə verilməsi məsləhətdir.
Testin kodu
LAB-12-046
Tüb (qab)
Steril nəcis qabı