İxtisas
Endokrinoloq
Fəaliyyət istiqaməti
- Şəkərli diabet (Tip 1 və Tip 2)
- Şəkərsiz diabet
- Hamiləlikdə (hestasion) diabet – Ana və döl üçün riskləri azaldan nəzarət və müalicə proqramı
- Artıq çəki və piylənmə – Hormonal səbəblərin araşdırılması və endokrin yanaşmalarla müalicə
- Ağır dərəcəli çəki azlığı – Maddələr mübadiləsi və hormon çatışmazlıqlarının qiymətləndirilməsi
- Qalxanabənzər vəzi xəstəlikləri – Hipotiroidizm, hipertiroidizm, düyünlü zob və s.
- Hipofiz vəzi xəstəlikləri – Hormon ifrazının azalması və ya artması ilə bağlı pozuntular (akromqeliya, prolaktinoma və s.)
- Böyrəküstü vəzi xəstəlikləri – Kortizol, aldosteron və digər hormon balansı pozuntuları (Addison, Kuşinq sindromları və s.)
- Menstrual tsiklin pozulması – Hormonal disbalans, polikistoz, amenoreya və s.
- Hirsutizm – Qadınlarda kişi tipli tüklənmənin endokrin səbəblərinin aşkarlanması
- Qadınlarda sonsuzluq – Yumurtlama problemləri və hormon pozğunluqlarının diaqnostikası
- Kişilərdə hormonal mənşəli sonsuzluq – Testosteron çatışmazlığı, prolaktin yüksəkliyi və digər səbəblərin araşdırılması
- Osteoporoz – Sümük sıxlığının azalması, sınıq riskinin qiymətləndirilməsi və müalicəsi
- Digər metabolik sümük xəstəlikləri – D vitamini çatışmazlığı, paratiroid vəzi xəstəlikləri və s.
- Hipertoniya – Yüksək qan təzyiqinin qalxanabənzər, böyrəküstü vəzi və digər hormonal səbəblərlə əlaqəsinin dəyərləndirilməsi
Konfranslar
- 2016-cı ildə ATU nun Tədris Terapevtik klinikasında endokrinoligiya üzrə iş yerində təcrübə
- 2016-cı ildə Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimlərin Təkmilləşdirmə İnstitutunda Diabetologiyanın aktual problemləri üzrə, 2018-ci ildə Endokrinologiya ixtisası üzrə təkmilləşmə kursları
- 2016-cı ildə Rusiya Federasiyasının Moskva şəhərində ,Elmi -Tədqiqat Endokrinologiya İnstitunda qalxanvari vəzi xəstəlikləri və piylənmə üzrə ixtisasartırma kursu
- 2017-ci ildə Həkimlərin Sertifikasiya imtahanınını uğurla keçmişəm
- 2018-ci ildə Sağlamlıq Strategiyası Təlim Mərkəzində Nutrisologiya kursu və həmin ildə Piylənmənin idarə olunması kursu keçərək ANDOP məzunu
- 2022-ci il Fonksiyonel Tıp Okulu “Kadın ,Erkek ve Tiroid hormonları ,HPGT aksi modülünü bitirmişəm
- 2022-ci ildə Həkimlərin Sertifikasiya imtahanını uğurla keçmişəm
- 2022-ci il İstanbul Yeditepe Universitesi Hastaneleri endokrinoloji bölümündə ixtisasartırma kursu
- 2022-ci il İstanbul Medeniyyet Universitesi Endokrinoloji günleri
Təhsil
- 2002-2008-ci illər Azərbaycan Tibb Universiteti
- 2008-2009-cu illərdə Gəncə Endokrinoloji dispanserdə İnternatura müddəti