Fəaliyyət istiqaməti
Dəri xəstəliklərinin diaqnostikası və müalicəsi
Saç və dırnaq problemləri
- Sızanaq (Akne)
- Dərinin göbələk xəstəlikləri
- Atopik dermatit
- Psoriaz
- Ekzema
- Neyrodermit
- Dərinin bakterial dermatozları
- Dərinin virus xəstəlikləri
Saç və dırnaq problemləri
- Saç tökülməsi (Alopesiya) – Stress, hormonal pozuntular, dəmir defisiti, autoimmun xəstəliklər və genetik faktorlarla bağlı saç tökülməsinin araşdırılması və müalicəsi.
- Dırnaq xəstəlikləri – Göbələk infeksiyaları, qidalanma pozğunluqları və travmalarla əlaqəli dırnaq deformasiya və patologiyalarının müalicəsi.
- Dəri törəmələrinin müalicəsi və aradan qaldırılması
- Dəri törəmələrinin götürülməsi – Xallar, papillomalar, fibromalar, lipomalar və digər dəri törəmələrinin dermatoskopik qiymətləndirilməsi və zərurət olduqda, krioterapiya, elektrokoaqulyasiya və ya cərrahi üsullarla çıxarılması.
- Mezoterapiya – Dərinin qidalandırılması, nəmləndirilməsi və canlandırılması məqsədilə dəri altına aktiv maddələrin mikroinjeksiya yolu ilə yeridilməsi.
- Biorevitalizasiya – Hialuron turşusu əsaslı preparatlarla dəriyə elastiklik, parlaqlıq və nəmlik qazandırmaq üçün istifadə olunan prosedur.
Konfranslar
- 2006-cı il Gazelli mərkəzində kosmetologiya kursu keçmişdir.
- 24 iyul 2011-ci il “Dermatovenerologiyada müasir yanaşmalar” mövzusunda keçirilən beynəlxalq konfransda iştirak etmiş və sertifikat almışdır.
- 6 iyun 2013-cü il Bakıda keçirilmiş “Standard Operating Procedures (SOPs)” təlim proqramında iştirak etmiş və sertifikat almışdır.
- 10 dekabr 2014-cü il “Sağlam gənclik, sağlam gələcək” forumunda iştirak etmiş və sertifikat almışdır.
Təhsil
- 1998–2004-cü illər Azərbaycan Dövlət Tibb Universiteti
- 2004–2005-ci illər Respublika Dəri-Zöhrəvi Dispanseri, internatura