- Davamlı yorğunluq hissi,
- miqren baş ağrısı,
- əzələ yorğunluğu,
- hərəkət etməkdə tənbəllik,
- əsəbilik,
- həyəcan,
- qıcolmalar,
- qəbizlik və başqa belə şikayətlər maqnezium çatışmazlığının əsas əlamətləridir.
Maqnezium həyat proseslərində mühüm rolu olan mikroelementlərdən biridir. Orqanizmə yalnız qida ilə daxil ola bilir. Hüceyrədaxili mübadilənin (xüsusən karbohidratlann katabolizmi) bəzi çox mühüm reaksiyalarını kataliz edən fermentlərin (fosforilaza, enolaza və s.) fəallığı mühitdə məhz maqnezium ionlarının olmasından asılıdır.
Xroniki alkoqolizm, kəskin pankreatit, xroniki qlomerulonefrit, hipoparatiroidizm, hiperparatioridizm, hiperaldosteronizm və malabsorbsiya hallarında serumda maqnezium konsentrasiyasında azalma meydana gəlir. Dehidratasiya, şiddətli diabetik ketoasidoz, Addison xəstəliyi (adrenokortikal çatışmazlıq), xroniki qlomerulonefrit, toxuma travması, hipotiroidizm, qırmızı qurd eşənəyi, multiple mieloma hallarında və dieta ilə maqnezium qəbulunun çox olması halında hipermaqniemiya meydana gələ bilər.
Orqanizmin bütün maqnezium ehtiyatının 30%-ə qədəri yumşaq toxumalarda və mayelərdə, qalan hissəsi isə sümüklərdə olur. Plazmadakı maqneziumun isə 1/3 hissəsi zülallarla birləşmə şəklindədir. Maqneziumun miqdarı artdıqda isə sinir oyanıqılığı artır, periferik damarlar genişlənir, bəzən (xüsusən kəskin miokard infarktından sonrakı dövrdə) ürək aritmiyaları meydana çıxır.
Artmasına səbəb olan hallar:
- Kəskin pankreatit;
- Hipoparatiroidizm;
- Xronik qlomerulonefrit;
- Hamiləlik;
- Xronik alkoqolizm;
- İdiopatik hipomaqneziemiya;
- Diabet asidozu;
- Hiperaldosteronizm;
- Bağırsaqlardan sorulmanın pozulmaları;
- Qidada maqnezium çatışmazlığı;
- Spirtli içkilərin qəbulu;
- Yüksək dozada insulin, amfoterisin-B, aldosteron, limon turşusu, ammonium-xlorid, kalsium duzlarının qəbulu.
Çağrı Mərkəzi: *0033
Whatsapp dəstək nömrəsi: +994 70 653 00 33
3628 | 16.07.2024
- Rəylər
Загрузка комментариев...