Sianokobalamin
B12 vitamininin əsas bioloji funksiyalarından biri fol turşusu ilə birlikdə hüceyrələrin bölünmə yolu ilə çoxalması üçün lazım olan DNT-nin sintezini tə'min etməkdən ibarətdir. B12 vitamini çatışmazlığının əsas səbəblərindən biri - mədənin selikli qişasından ifraz edilən daxili antianemik amilin çatışmazlığıdır. Bu amil mədə şirəsinin tərkibinə daxil olur; kimyəvi strukturuna görə qlikoproteinlər qrupuna aid olan da Kaslin daxili amili adlanır. Daxili amil B12 vitamini ilə birləşərək, mürəkkəb zülal kompleksi əmələ gətirir. Bu kompleks bağırsaqlarda B12 vitaminini parçalanmaqdan qoruyur və onun soruİmasına şərait yaradır. Sərbəst B12 vitamini isə bağırsaqlardan sorula bilmir və yalnız bağırsaq bakteriyalan tərəfindən mənimsənilir.
B12 vitamini çatışmazlığı qanyaradıcı sistemin funksiyasında daha dərin dəyişikliklər törədir. Bu zaman sümük iliyin də eritropoez prosesi - normoblast hüceyrələrin normal şəkil də bölünməsi və yetkin eritrositlərin (normositlər) əmələ gəlməsi mümkün olmur. Eyni zamanda leykosit və trombositlərin sələfləri olan hüceyrələrin inkişafı da ləngiyir. Bundan əlavə, B12 vitamini çatışmazlığı şəraitində sinir hüceyrələrinin də strukturunda və funksiyalarında dəyişikliklər baş verir. Beləliklə, B12 vitamininin normal miqdarı orqanizmin böyüməsini, sinir sisteminin inkişafının və qanyaranma prosesinin normal gedişini təmin edir. Bu vitaminin çatışmazlığı isə həmin proseslərin pozulması ilə müşayiət edilir.
Təbii mənbələri:
Təbii şəraitdə bakteriyalar tərəfindən sintez edilir. Eyni zamanda qidaların bakterial fermentasiyası nəticəsində də əmələ gəlir. Ən çox ət, qaraciyər, böyrək və ürəkdə olur. 100 dərəcədən artıq temperaturda parçalanır.
Günlük tələbat: 1-3 mkq
Artmasına səbəb olan hallar:
- Leykositoz;
- Həqiqi polisitemiya;
- Kəskin və xronik hepatit;
- Qaraciyər sirrozu;
- Qaraciyər koması;
- Qaraciyər karsinomasmın metastatik forması Kəskin və xronik mielomalar;
- Leykozlar.
- Parazitar xəsitəliklər (Diphyllobathrium latum);
- Fol turşusu çatışmayan ərzaqla qidalanma;
- Bəzi dərman preparatları (hamiləliyin qarşısını alan preparatlar, antiepileptik dərmanlar);
- Hamiləlik;
- Malabsorbsiya ilə müşayiət edilən hallar (regional ileit, bağırsaq rezeksiyası);
- İlkin hipotiroidizm;
- Pemisioz anemiya.