D2-Erqokalsiferol, D3-Xolekalsiferol
D vitamini yağda həll olan vitamindir və bədənimizdə aşağıdakı funksiyaları yerinə yetirir:
- Qidayla qəbul edilən kalsium və fosforun bağırsaqlardan sorulmasını təmin edir;
- Sümük əriməsinə yol açan parathormonun artıq sekresiyasının qabağını alır;
- Bədəndə kalsium və fosfor tarazlığını təmin edir;
- İmmun sistemə müsbət təsir göstərir;
- Hipertenziya, ürək xəstəlikləri, bəzi onkoloji və autoimmun xəstəliklərə qarşı qoruyucu effekti var.
Körpələrin və uşaqların uzun müddət günəş altında qalmaqları dəri xərçəngi riskini artırdığından həkimlər tərəfindən tövsiyyə edilmir. Kök, tünd dərililər və yetərsiz günəş işığı alanlarda D vitamini yetərsizlik riski var. Qocaldıqca bədəndə D vitamini əmələ gəlməsi və vitamin deposu azalır. Bu vəziyyət qış aylarında və şimal bölgələrində yaşayanlar arasında daha çox görülür. Yay aylarında isə günəş kremlərin istifadəsi D vitaminin dəridə əmələ gəlməsinin qarşısını alır.
D vitaminin sorulmasının qarşısını alan xəstəliklər:
Bəzi xəstəliklər D vitaminin bağırsaqdan sorulmasına mane olur. Seliakiya, Kron xəstəliyi və kistik fibroz bu xəstəliklər arasındadır.
Mədə və bağırsaqların bir hissəsi çıxarıldığı zaman və artıq çəki müalicəsində istifadə olunan gastric-bypass əməliyyatından sonra da D vitamini əksikliyi görülə bilər.
D vitamini çatışmamazlığının nəticələri nələrdir?
- Qanda kalsium səviyyəsinin aşağı olması (hipokalsemiya);
- Qanda fosfor səviyyəsinin aşağı olması (hipofosfatemiya);
- Uşaqlarda sümüklərin yumşalması və əyrilməsi ( Raxitizm);
- Böyüklərdə sümüklərin yumşalması və əzələ zəifliyi (osteomalasiya);
- Sümük kütləsinin azalması və sümük qırılmasının çoxalması (osteoporoz).
- Yatağa və evə bağlı olan insanlarda;
- D vitamini əskikliyi və çatışmamazlığa yol aça bilən bir xəstəliyi olanlarda;
- Osteoporozu olanlarda;
- Anamnezinde kiçik travmaya baxmayaraq qırığı olanlarda (məsələn, ayaq üstə duranda düşənlərdə);
- Qanda kalsium səviyyəsi aşağı olanlarda (hipokalsemiya);
- Qanda fosfor səviyyəsi aşağı olanlarda (hipofosfatemiya);
- D vitaminin metabollizminə təsit göstərən dərmanları qəbul edənlərdə qanda D vitamini səviyyəsi mütəmadi olaraq yoxlanılmalıdır.