Hamiləlik müddətinin təyini
Quruluşuna görə XQ – qlikoprotein olub, tərkibində 237 amin turşu var. Onun əsasında iki subvahid – «α» və «β» durur. Bunlar hormonun xüsusiyyətlərini təyin edir. XQ-nin alfa subvahidi – bir sıra hormonların analoji subvahidlərilə eynidir. İnsan hormonuna spesifikliyi məhz beta-subvahid verir. Məhz onun əsasında hamiləliyin olmasını, gedişini və patologiyaların olmasını təyin edirlər. XQ-nin ən əsas əhəmiyyəti hamiləliyin diaqnostikasında istifadə edilməsindədir. Əgər qadında heç bir patologiya və hamiləlik olmazsa, XQ-nin qanda səviyyəsi sıfır, nadir hallarda 4 Beynəlxalq vahid litrdə (BV/l) olursa, mayalanmadan yeddi gün sonra artıq 50 BV/l-ə yüksəlir. Eyni zamanda bu üsul spesifik və çox həssasdır, hamiləliyin təyinində yüksək səviyyədə dəqiqlik nümayiş etdirir. Xorionik qonadotropinin insan orqanizmində üç funksiyası var.
-Qlükokortikoidlərin sintezini stimulyasiya edir – onlar qadın orqanizmini hamiləliyə uyğunlaşdırır, hansı ki, qadın orqanizmi üçün xroniki immun stressdir.
-Hamiləliyin ilk altı həftəsində "hamiləlik hormonu" sarı cismin normal fəaliyyəti üçün lazımdır. O isə, progestron – hamilə qadın orqanizmində daha bir vacib hormonu sintez edir.
-Ciftin normal fəaliyyətini təmin edir. Məsələn, XQ-nin normal miqdarı xorion xovlarına müsbət təsir göstərir.
Aşağıdakı hallarda XQ-nin səviyyəsi düşə bilər:
uşaqlıqdankənar hamiləlik;
düşük təhlükəsi;
hamiləlik müddətinin artması;
ölmüş döl;
dölün inkişafının ləngiməsi.
Bu səbəblərdən başqa, XQ-nin aşağı səviyyəsi (eyni zamanda yuxarı) həkim tərəfindən hamiləlik müddəti düzgün təyin olunmadıqda da alına bilər. Bu onunla təhlükəlidir ki, hamiləliyin normal gedişində, qadına əlavə diaqnostika və müalicə təyin olunur, hansı ki, bu müayinələr ehtiyac yoxdur. Belə hallar nadir olur, lakin onları xatırlatmamaq düz deyil. Eyni zamanda, hamiləlik müddətinin düzgün təyin edilməməsi və uyğun olaraq XQ-nin səviyyəsinin aşağı olmasının səhv diaqnostikası, gələcək ana üçün xoşagəlməz emosiyalar yaşadır. Ümumiyyətlə aşağı konsentrasiyalı hormon, heç də müsbət emosiyalar yaratmır, hansı ki, hamiləlik dövründə müsbət emosiyalar çox vacibdir.
XQ-nin yuxarı səviyyəsinin səbəbləri:
Aşağıdakı hallarda XQ-nin səviyyəsi qalxa bilər:
erkən və gecikmiş toksikoz (hestoz);
beçəxor (mayalanmadan sonra embrion inkişaf eləmir);
çoxdöllü hamiləlik (XQ-nin səviyyəsi döllərin sayına mütənasib qalxır);
diabet;
XQ-tərkibli dərman preparatlarının qəbulu.
Bundan başqa, ayrılıqda kişilərdə və hamilə olmayan qadınlarda XQ-nin yuxarı səviyyəsini xüsusi qeyd etmək lazımdır. Prinsip etibarilə, onlarda sıfırdan yuxarı istənilən göstərici yuxarı hesab edilir. Bunun aşağıdakı səbəbləri ola bilər:
həzm traktının və yumurtalıqların şişi;
bir sıra orqanların (böyrəklər, ağciyərlər, uşaqlıq yollarının) xoş və bədxassəli törəmələri;
xorionkarsinoma – embrional strukturlardan inkişaf edən bədxassəli törəmə.