İstifadəsində əsas məqsəd: Toksoplazma tərəfindən meydana gətirilən mərkəzi sinir sistemi infeksiyası və in utero infeksiya ehtimalının dəyərləndirilməsi məqsədi ilə istifadə edilir. İmmun çatışmazlığı səbəbinə görə seroloji test nəticələrinə şübhə olan, ancaq aktiv infeksiya əlamətləri daşıyan şəxslərdə də bu testdən faydalanmaq olar. Mərkəzi sinir sistemini tutan toksoplazmoz infeksiyası əsasən immun sistemi çox zəifləmiş şəxslərdə və əksərən də AİDS xəstəliyinin ağırlaşması olaraq görülür. Belə hallarda seroloji testlərdən doğru nəticə alınması gözlənilmədiyindən, kifayət qədər sensitiv və çox spesifik bir test olması səbəbi ilə PZR metodu ilə aparılacaq DNA araşdırması tətbiq oluna bilər.
Toksoplazma gondiyə aid B1 geninin PZR ilə təsbit edilməsi yəni test nəticəsinin “pozitiv” olması, Toksoplazma gondii infeksiyasının dəqiq sübutudur.Test nəticəsinin “neqativ” olması aktiv infeksiya ehtmalını azaltmaqla birgə dəqiq olaraq təkzib etdirməz. Bu səbəbdən test nəticəsinin şərhi zamanı klinikanın da mütləq diqqətə alınması lazımdır.
Texniki Göstəricilər
BÖLMƏ
|
Molekulyar Mikrobiologiya |
Çalışma üsulu
|
Real-Time PCR |
Daşınma şəraiti
|
2-8°C |
Nəticə vermə vaxtı
|
Həftənin 2,5- ci günləri işlənir,nəticə 4 və 1-ci günlər saat 17:00da hazır olu |
Nümunə miqdarı
|
5ml |
Nümunə növü
|
Urogenital yaxma -Smear maye -Sidik |
Sinonim
|
ToksoPLAZMA gondi, T. gondii, Toxoplasma gondii, Toxoplasmosis, TORCH |
Testə hazırlıq/xüsusi şərtlər
|
- |
Tüb (qab)
|
ŞƏFFAF EPENDORF |