Autoimmun qaraciyər xəstəlikləri hepatositlərdə və ya öd kanalı hüceyrələrində proqressiv iltihabla xarakterizə olunan xəstəliklərdir. Ən çox görülən autoimmun qaraciyər xəstəlikləri bunlardır:
Birincili Biliar Xolangit (PBK) - kiçik və orta ölçülü intrahepatik öd yollarının zədələnməsi ilə müşayiət olunan xroniki iltihabı bir xəstəlikdir.Diaqnostika: PBK diaqnozu yüksək ALP və QQT,antimitoxondrial anticisimlərin (AMA) təyini və histopatoloji müayinədə qeyri-irinli destruktiv xolangitlə qoyulur.
Autoimmun qaraciyər xəsətliklərinin diaqnostikasında istifadə olunur:
- Qaraciyər sınaqları (ALT,AST,QF,QQT)
- Zərdab lipidləri
- Antinuklear anticisimlər (ANA)
Autoimmun Qaraciyər panelilə daxildir:
- Antimitoxondrial anticisimlər (AMA-M2) -xəstəliyinin proqnozunu müəyyən etməyə imkan verir
- Qaraciyər və böyrək mikrosomlarına qarşı yaranan anticisimlər (LKM -1) - autoimmun hepatitlərlə differensial dianoqstikanın aparılmasında istifadə olunur
- ANTİ LC 1
- SLA/LP