Tireoqlobulin (TQ)
Qalxanabənzər vəzi hormonlarının tərkibində yod olan ilkin qlikoproteinidir. Qalxanabənzər vəzi şişlərində marker kimi istifadə olunur.
Qalxanabənzər vəzi tamamilə çıxarıldıqdan sonra TQ səviyyəsi enir. 6 həftə sonra 10 nq/ml - dək olur. Sağlam şəxslərdə periferik qandakı konsentrasiyası çox aşağıdır. Tiroid toxumasının zədələnməsinə səbəb olan hallarda qana keçir. Bu səbəbdən tiroit toxumasının tamlığında pozulma olub olmadığının dəyərləndirilməsi baxımından böyük fayda təmin edir. Ən əsas ifadə ilə tiroit kütləsini artıran, toxumada zədələnməyə səbəb olan və tiroit reseptorlarının stimulyasiyasında artıma səbəb olan bütün hallarda qanda troqlobulin konsentrasiyasında artım meydana gəlir. Tiroit vəzi xərçəngləri, tiroiditlər və Graves xəstəliyi, qanda tiroqlobulin konsentrasiyasında ən çox yüksəlməyə səbəb olan əsas səbələrdəndir. Yarımkəskin tiroiditlərdə və düyünlü guatrda da tiroqlobulin konsentrasiyası norma həddindən yüksək olur.
Tiroqlobulin konsentrasiyası ölçümü, tiroiditlərlə, ekzogen T4 qəbulunun səbəb olduğu tireotoksikoz klinikalarının bir birindən ayırd edilməsində də yardım edə bilər. Qanda tiroqlobulin konsentrasiyası tiroiditlərdə nəzərəçarpan şəkildə yüksəldiy halda, ekzogen səbəbli tireotoksikozda aşağı olur.Anadangəlmə hipotiroidizm hallarında troqlobulin ölçümü, tiroit vəzinin tamamən olmaması ilə tiroit hipoplaziyası və ya digər patoloji hallar arasında differensiasiya edilməsinə yardım edir.
Referans göstəricilər: zərdabda-50nq/ml –dən az.
Mühüm dərəcəli artmasının səbəbləri:
• qalxanabənzər vəzinin xərçəngi;
• yüksək funksional aktivliyə malik qalxanabənzər vəzi şişləri.
Artmasınını səbəbləri:
• hipertireoz;
• qalxanabənzər vəzinin xoşxassəli adenoması;
• yarım kəskin tireoidit;
• zəif funksional aktivliyə malik qalxanabənzər vəzi şişləri.
Texniki Göstəricilər
BÖLMƏ
|
Hormon |
Çalışma üsulu
|
CMIA |
Daşınma şəraiti
|
Soyuq zəncir prinsipini qoruyaraq, şaquli vəziyyətdə daşınmalı |
Nəticə vermə vaxtı
|
Hər gün saat 17:00 da |
Nümunə miqdarı
|
501 mkl |
Nümunə növü
|
Serum |
Sinonim
|
Tireoqlobulin |
Testə hazırlıq/xüsusi şərtlər
|
Səhər ac qarına qan alınmalıdır |
Testin kodu
|
LAB-10-067 |
Tüb (qab)
|
Sarı qapaqlı tüb |