FETUA
Fetuin A , və yaxud alfa-2-HS qlikoprotein qaraciyərdə sintez olunaraq qana buraxılan qlikoproteindir. Plazmada ən yüksək konsentrasiyasına fetal dövrdə rast gılinir. Proteaza inhibitorlarını aktivləşdirərək kalsium metabolizmində və osteogenezdə mühüm rol oynayır. . Fetuin-A proinflamatuar molekul kimi MetS, NAFLD, subklinik ateroskleroz, arterial sərtlik, karotid intima medianın qalınlığı, mikroalbuminuriya, koronar arteriya xəstəliyi və periferik arteriya xəstəliyi ilə əlaqələndirilmişdir və şəkərli diabetdə, ürək-damar xəstəliklərinin mühüm markeri hesab olunur.
Analizin üsulu: Enzyme immunoassay
Analiz üçün hansı biomaterial istifadə edilə bilər? Venoz qan.
Analizə necə düzgün hazırlaşmaq olar?
• analizdən 10-12 saat əvvəl yeməmək məsləhətdir;
• mümkünsə, testlərdən ən azı 24 saat əvvəl dərman qəbul etməyi dayandırın;
• dərman qəbul edərkən testlər apararkən bu faktı göndəriş blankında qeyd etməlisiniz;
• artan emosional stressi aradan qaldırmaq;
• qan götürməzdən bir neçə dəqiqə əvvəl rahat bir mövqe tutmaq (oturmaq), istirahət etmək, sakitləşmək.
Nəticə: Fetuin-A-nın orta dəyərləri 140-297 mq/L arasında dəyişir.
Azalması: Uremik xəstələrdə- hemodializə məruz qalanlarda Fetuin A səviyyəsində azalma müşahidə olunur, bu zaman xroniki böyrək çatışmazlığı olan xəstələrdə kardiovaskulyar ölüm riski artır.
Artması: Tədqiqatlar göstərir ki, fetuin A səviyyəsinin artması qaraciyərin piylənməsi, insulin reziztentliyi və metabolik sindromla birbaşa əlaqəlidir.