Qələvi fosfataza
Qaraciyər, öd kisəsi və sümüklərlə əlaqəli xəstəliklərin araşdırılması və izləməsi məqsədi ilə istifadə olunur.Osteoblastik aktivlik artımına səbəb olan bütün hallarda zərdabda qələvi fosfataza aktivliyində artma olur. Bu halda nümunə olaraq, yaxşılaşmaqda olan sınıqlar, ilkin və ikincili hiperparatiroidizm, osteomalyasiya, raxitizm, metastatik xərçənglər, osteogen sarkoma, mieloma, sümükləri tutan Hodgkin xəstəliyi, sümük rezorbsiyasına səbəb olan Gaucher(Qoşe) xəstəliyi, Quşinq sindromu sadalana bilər. Qələvi fosfataza aktivliyinin ən yüksək rəqəmlərinə Paget xəstəliyində rast gəlinir.Xüsusilə, biliar obstruksiya və biliar staz ilə gedən qaraciyər xəstəliklərində qələvi fosfatazanın artması baş verir. Qaraciyər toxumasındakı ilkin və ya metastatik şişlər də nəzərəçarpan yüksəlməyə səbəb ola bilər. Qaraciyər mənşəliqələvi fosfatazanın artması əsasən GGT aktivliyinin artması ilə müşayiət olunur. Körpələrdə və sümük inkişafı davam edən uşaqlarda zərdabda qələvi fosfataza aktivliyi böyüklər üçün normal qəbul edilən aralığın yuxarı sərhəddini 4-5 dəfə keçə bilər.
Artması ilə müşayiət edilən hallar:
- Körpələrdə sümüklərin normal inkişafi;
- Müxtəlif formalı sümük xəstəlikləri;
- Sümük sınıqlarının sağalma dövrü;
- Osteogen sarkoma;
- Sümük karsinomalanmn metastazları;
- Hockin xəstəliyi (Limfoma);
- Pecet xəstəliyi (Osteitis deformans);
- Sarkoidoz;
- Amiloidoz;
- Birincili və ikincili hiperparatiroidizm;
- Qaraciyərin müxtəlif xəstəlikləri və xüsusən sirrozu;
- Birincili karsinomalar və karsinomalann metastatik formaları;
- Virus mənşəli hepatitlər, xüsusən sitomeqalovirus infeksiyalar;
- Bəzi parazitlər;
- Exinokokkozun hidatidoz forması;
- İnfeksiya mənşəli monositoz;
- Dərman mənşəli hepatitlər;
- Spirt mənşəli hepatitlər;
- Kəskin hepatit;
- Öd yollarının tutulması;
- Xolangit;
- Qaraciyərin portal sirrozu;
- Kolitin xoralı forması Hepatosellulyar sarılıq;
- Sepsis;
- Böyrək çatışmazlığı;
- Diabet xəstəliyi;
- Leykozlar;
- Renal karsinoma;
- Döş vəzisinin karsinoması və metastazlan;
- Anadangəlmə ürək qüsurları;
- Bəzi dərman preparatları (furosemid, fenotiaziri);
- Kron xəstəliyi;
- Xoralı kolit;
- Tirotoksikoz;
- Raxit;
- Hamiləliyin son dövrləri;
- Ağciyər karsinoması;
- Pankreatit;
- Mədəaltı vəzi karsinoması;
- Uzun müddət neyroleptik dərmanlarla müalicə;
- Miokardın, ağciyərin, böyrəyin infarktı;
- Qaraciyər və sümük izoenzimlərinin (hiperfosfataza və qələvi fosfataza) fəallığının artması;
- Prostat vəzisinin karsinoması;
- Testesteron və buna bənzər dərman preparatlarının təsiri nəticəsində əmələ gələn qaraciyər xəstəlikləri.
Azalmasına səbəb olan hallar:
- Hipotiroidizm;
- Skorbut xəstəliyi;
- Həddindən artıq D vitamini qəbul edilməsi;
- Kretinizm;
- Hipofosfatemiya;
- C vitamini çatışmazlığı;
- Orqanizmin radioaktiv şüalanmaya mə'ruz qalması (xüsusən sümüklərin);
- Bədxassəli şiş xəstəliyi olanların 1/3 hissəsi;
- Kifayət qədər qidalanmamaq.