Natural Killer Hüceyrə Paneli
NK(natural killer) təbii öldürücü hüceyrələr- virus infeksiyalarına qarşı qorunmada və bədxassəli hüceyrələrin orqanizmdən eliminasiyasında iştirak edir. Bu hüceyrələr həmçinin, uşaqlıqda olan əsas qrup immun hüceyrələrdir. Embrionun implantasiyası ərəfəsində bu hüceyrələrin sayı artır, implantasıya baş verirsə artmağa davam edir, hamiləliyin 20-ci həftəsindən sonra azalmağa başlayır və hamiləliyin sonunda isə təmamilə itir.
Əgər NK hüceyrələr cift və ya embrionu səhv olaraq “yad” kimi qəbul edərsə, bu, müxtəlif hamiləlik patologiyalarına və düşüklərə səbəb olur. Bu səbəbdən NK hüceyrə paneli testi bu hüceyrələrin say və aktivliyini müəyyən edərək ona uyğun müalicə planlaması aparılmasına şərait yaradır.
Nk hüceyrələrin aşağıdakı xüsusiyyətləri vardır:
• İdiopatik təkrar implantasiya çatışmazlığında (RIF) təbii killer (NK) hüceyrələri artır.
• Bu, həm qanda, həm də endometriumda olur.
• NK hüceyrələri ilə implantasiya uğursuzluğu arasındakı əlaqə endometriumda daha güclüdür.
• Qan və endometrium səviyyələri arasında müsbət korrelyasiya var.
Analizin üsulu: Cr-release assay. Flow cytometry
Analiz üçün hansı biomaterial istifadə edilə bilər? Venoz qan və ya endometriumun biopsiya materialı
Analizə necə düzgün hazırlaşmaq olar?
• analizdən 10-12 saat əvvəl yeməmək məsləhətdir;
• mümkünsə, testlərdən ən azı 24 saat əvvəl dərman qəbul etməyi dayandırın;
• dərman qəbul edərkən testlər apararkən bu faktı göndəriş blankında qeyd etməlisiniz;
• artan emosional stressi aradan qaldırmaq;
• qan götürməzdən bir neçə dəqiqə əvvəl rahat bir mövqe tutmaq (oturmaq), istirahət etmək, sakitləşmək.
Analiz hansı hallarda istifadə olunur?
- NK hüceyrə defektləri olan ilkin immun çatışmazlıqlar
- NK-hüceyrə limfositozu
- orqan transplantasiyası, sümük iliyi və ya hematopoetik hüceyrə transplantasiyasından sonra immun bərpası
- təkrar uğursuz süni mayalanma cəhdləri tarixi olan xəstələrdə və/və ya təkrarlanan erkən hamiləlik itkisi (düşmə).