Limfosit alt qrupları
vəzisinin funksiyasından asılı olması ilə əlaqədardır. Blimfositlərin adlan quşlarda antitelyaranma prosesinin əsas mərkəzi orqanı olan Fabrisius kisəsinin (bursa of Fabrisius) adından gotürülmüşdür. Bu hüceyrələr inkişaflarını davam etdirərək, antitel sintez edən plazmatik hüceyrələrə çevrilirlər. Onların hansı plazmatik hüceyrə klonuna çevrilməsi təsir göstərən antigenin növündən asılıdır. Antigenlərin «tanınmasında» və onlara qarşı verilən cavab reaksiyalannda T- limfositlərin ən azı 4 növü iştirak edir:
1. Killerlər - antigen xassəli hüceyrələri öldürən T-limfosit növləridir;
2. Helperlər (yardımçı hüceyrələr) - B-limfositlərin antitel
sintez edən hüceyrələrə çevrilməsinə yardım göstərirlər (CD4 antigeninin daşıyıcılarıdır).
3. Ləng gedişi yüksək həssaslıq reaksiyalarının effektorları - humoral mediatorlar (limfokinlər) sekresiya edən hüceyrələrdir. Bu mediatorlann bir qrupu (makrofaqları aktivləşdirən amil; makrofaqları inhibisiya edən amil; neytrofillərin bazofıllərin, eozinofillərin xemotaksis amilləri, mitogen amil və s.) orqanizmin digər hüceyrələrinə tə'sir göstərərək, onları prosesə cəlb edir, bir qrupu (histaminst imulyasiyaedici amil, dəri reaktivliyi amili və s.) damar divarının keçiriciliyini artırır, digər qrupu isə (limfotoksin, interferon və s.) virus əleyhinə tə'sir göstərir.
4. Supressorlar - immun reaksiyaları tormozlayan hüceyrələrdir (bu hüceyrələr CD8 antigeninin daşıyıcılarıdır).
T-limfositlərin hər bir növü spesifiklik xüsusiyyətinə malikdir.
Periferik qanda limfositlərin sayı 1200-3000/mm3 olur. Bunlardan 60%-ə qədərini T-limfositlər, 25-30%-ə qədərini isə B limfositlər təşkil edir. T- və B-limfositlərin spesifik reseptorlanna malik olmayan limfositlərə «sıfır» hüceyrələr adı verilmişdir. Onlann ümumi miqdarı 10%-ə qədər olur. Güman edilir ki, bu hüceyrələr T- və B-limfositlərin sələfləridir.
B-limfositlər IgM, IgD, IgE, IgA qrupuna aid olan immunoqlobulinlər sintez etməldə, orqanizmin humoral immunitetinin mexanizmində iştirak edirlər. T-limfositlər isə hüceyrə immunitetində iştirak etməklə bərabər, həm sintez etdikləri limfokinlər vasitəsilə, həm də makrofaqların antigenləri «tanımasına» yardım göstərmək yolu ilə, hüceyrəvi immunitetin də mexanizmində iştirak edirlər.
Natural killer hüceyrələr (T-killerlər) limfositlərin ümumi sayının 10-15%-ini təşkil edir. Bunlara sümük iliyində, dalaqda və periferik qanda xüsusilə çox rast gəlinir. Bu hüceyrələrin
əsas funksiyası karsinoma hüceyrələrini və virusla infeksiyalaşmış hüceyrələri məhv etməkdən ibarətdir. T-limfositlərin bir qrupu isə orqanizmə daxil olan müxtəlif infeksion mənşəli
amillərin (bakteriyalar, viruslar, toksinlər) təsiri nəticəsində oyanaraq, onların əleyhinə tə'sir göstərən sitokinlər sintez edirlər.
Limfositlərin artmasına səbəb olan amillər:
Müxtəlif spesifik və qeyri-spesifık iltihabi proseslər;
Virus mənşəli infeksiyalar (sitomeqalovirus, hepatit);
Parazit xəstəlikləri (toksoplazmoz);
Vaskulitlər;
Addison xəstəliyi;
Tirotoksikoz;
Anemiyalar;
Xoralı kolitlər;
Vaskulitlər;
Limfatik leykozlar;
Dərmanlara qarşı həssaslıq;
Senim xəstəliyi;
Kron xəstəliyi;
Limfositlərin atipik formalarının artmasına səbəb olan;
ballar (normal şəxslərdə 12%-ə qədər atipik limfositlər olur);
Virus mənşəli infeksiyalar;
Brüsellyoz;
Sifilis;
Dərmanlara qarşı yüksək həssaslıq;
Serum xəstəliyi;
Limfatik leykozlar;
Neytropeniyalar;
Azalmasına səbəb olan hallar;
Humoral immunitetin irsi çatışmazlıqları;
Aplastik anemiyalar
Bədxassəli şişlərin gecikmiş formaları;
Ürək çatışmazlığının ağır formaları;
Böyrək çatışmazlığı;
Miliar vərəm;
Radioterapiya və kimyəvi terapiya.