CRYOFIBRINOGEN
Kriofibrinogen testi- soyuğa məruz qalma zamanı dəridə və ətraflarda qan dövranı problemi olan xəstələrdə, vaskulitlərdə və qlomerulonefritlərdə səbəbi aydınlaşdırmaq məqsədilə istifadə olunur. Kriofibrinogen aşağı temperaturda presipitasiya olaraq qan dövranını pozur, bu zaman dəridə akrosianoz, purpura, xoralar, hətta barmaqlarda nekroz meydana çıxır.
Analizin üsulu: Immunofixation, Cold Precipitation
Analiz üçün hansı biomaterial istifadə edilə bilər? Venoz qan.
Analizə necə düzgün hazırlaşmaq olar?
• analizdən bir neçə saat əvvəl yağlı qidalar yeməyin, 4 saat yeməmək məsləhətdir;
• qan qəbul etməzdən qısa müddət əvvəl 1-2 stəkan adi qazsız su içmək;
• mümkünsə, testlərdən ən azı 24 saat əvvəl dərman qəbul etməyi dayandırın;
• dərman qəbul edərkən testlər apararkən bu faktı göndəriş blankında qeyd etməlisiniz;
• artan emosional stressi aradan qaldırmaq;
• qan götürməzdən bir neçə dəqiqə əvvəl rahat bir mövqe tutmaq (oturmaq), istirahət etmək, sakitləşmək.
Analiz nə üçün istifadə olunur?
- Autoimmun xəstəliklər- revmatoid artrit, qırmızı qurd eşənəyi kimi autoimmun xəstəliklər kriofibrinogen artımına səbəb ola bilir.
- İltihabi xəstəliklər- bu zaman da artma müşahidə olunur, test belə xəstəliklərin sağalma dərəcəsini müəyyən etməyə imkan verir.
- Soyuq aqlütinin xəstəliyi- bu nadir xəstəlik zamanı aparılan test diaqnozun qoyulamsı və nəzarəti üçün tətbiq olunur.
- Qanın laxtalanma prosesinin pozulması- kriofibrinogen səviyyəsi qan laxtalanmasına təsir etdiyindən, testin aparılması müalicəni yönləndirmək baxımından əhəmiyyət daşıyır.
Nəticələr nə deməkdir?
Normal nəticə- Negativ
Pozitiv nəticə olan hallar:
• autoimmun xəstəliklər;
• idiopatik krioqlobulinemiya;
• qaraciyər sirrozu;
• mieloma;
• nefropatiyalar.