Siderofili,'TF
Qandakı transferrin miqdarı qaraciyərin vəziyyətindən, insanın qidalanmasından və bağırsaqların işindən asılıdır.Dəmir defisitinin təsdiqi və səbəbini dəyərləndirməyə yönəlmiş araşdırmalar zamanı istifadə edilir.
Dəmir defisiti anemiyasında, hamiləlikdə, estrogen istifadəsində və kəskin iltihabi xəstəlik hallarında serum transferrin səviyyəsi yüksək olur.
Xroniki iltihabi xəstəliklərdə xüsusilə, qastrointestinal sistemin aşağı şöbələrinin bədxassəli proseslərində, hepatosellulyar xəstəliklərdə, az qidalanmada, nefrotik sindromda və multiple mieloma kimi onkotik təzyiqi artıran xəstəliklərdə serum transferrin konsentrasiyası aşağı olur.
Nadir rast gəlinən irsi bir xəstəlik olan atransferrinemiyada, transferrin konsentrasiyası ölçülməyəcək qədər aşağı olur.Qaraciyər funksiyası, tərkibindəki yara toxumasının (siroz) əhəmiyyətli dərəcədə böyüməsi səbəbindən pozulursa, transferrin səviyyəsi azalır. Dəmir defisiti olduqda isə transferin sərbəst qalaraq qanda miqdarı artır, yəni transferinin dəmirlə doyma dərəcəsi aşağı düşür.