Zinc
Endokrin sistemdə vitaminlərin və fermentlərin metabolik proseslərində iştirak edən mikroelementdir. Sink defisitinin ən çox rast gəlinən səbəbi dietadakı miqdarının çatışmazlığı və əsasən lif miqdarı yüksək olan qidaların qəbuludur. Qaraciyər sirrozu, digər hepatosellulyar xəstəliklər, xoralı kolit, Chron xəstəliyi, regional enterit, sporu, intestinal by-pass, leykemiya və limfomalar da daxil olmaqla neoplastik xəstəliklər, ağciyər vərəmi, major talassemiya, kəskin infeksiyalar, hamiləlik və anabolik steroid istifadəsi, serumda sink azalmasına şərait yaradan ən vacib klinik səbəblərdir. Orta dərəcədəki sink çatışmazlığında, böyümə və cinsi inkişaf ləngiməsi, hipoqanadizm, cinsi yetişkənliyin ləngiməsi olur. Dermatit, yara sağalmasında ləngimə, iştahanın azalması, dad hissiyatında zəifləmə, qaranlığa adaptasiya çətinliyi, emosional stabillik pozğunluğu, psixi halsızlıq, immun cavabın zəifləməsi, anemiya, hipoalbuminemiya, qaraqciyər və dalaq böyüməsi rast gəlinə bilər
Artmasına səbəb olan hallar:
• ateroskleroz;
• hamiləlik;
• həqiqi polisitemiya;
• hiperparatireoz (sidikdə);
• hipertireoz;
• osteosarkoma.
Azalmasına səbəb olan hallar:
• dəmirdefisitli anemiya;
• həzm orqanlarının xroniki xəstəlikləri;
• hipoqonad cırtdanlıq;
• irsi enteropatik akrodermatit;
• kəskin miokard infarktı;
• kəskin və xroniki infeksion xəstəlik;
• qaraciyər sirrozu;
• qarın yatalağı;
• leykozlar;
• oraqşəkilli hüceyrə anemiyası(eritrositlərdə);
• postqastroektomik sindrom;
• sitostatiklərlə müalicə;
• şəkərli diabet;
• uremiya;
• vərəm.