Allerqoloji Qida PANELİ (POLYCHEKC)
ərzaqlara, toza, dərman preparatlarına, kimyəvi məhsullara, həşərat sancmalarına və çiçək tozlarına qarşı yarana bilər. Simptomlar (səpgi, ödem və ya qaşınma) ümumiyyətlə allergenlə
təmasdan qısa müddət sonra baş verir.
Allergik xəstəliklərə pollinoz, allergik rinit, bronxial astma, atopik bronxial astma, qida allergiyası və dərman allergiyası aiddir.
Pollinoz - bitki tozu allergiyası deməkdir. Bəzi ağaclara, otlara, güllərə, çiçəklərə qarşı insanın nəfəs yollarında baş verən allergik reaksiyadır. Tənəffüs allergiyası
zamanı allergenlər bədənə hava və selikli qişalar vasitəsilə daxil olur.
Allergik xəstəliklər arasında ən təhlükəlisi dərman allergiyasıdır.
Dərman allergiyası dəridə baş verən səpki və qızarmadan tutmuş boğulma və ölüm hallarına qədər ən ağır fəsadlar törədə bilir.
Qida allergiyası - zamanı müxtəlif qida məhsullarından bədəndə səpmə, qızarma, şişmə, boğulma halları baş verir. Allergiyanın, demək olar ki, istənilən
qida növünə qarşı yarana biləcəyinə baxmayaraq ən çox yayılmış qida allergenləri – süd, yumurta, balıq, molyusklar, soya, buğda, qoz, fındıq və
xüsusən də yerfındığıdır.
Mövsümi allergiyalar - təbiətdə baş verən dəyişikliklərlə əlaqədar yaranır.
Mövsümi allergenlər (ağaclar, otlar və otların polenləri) bütün il boyu baş verən qapalı allergenlər (ev tozu gənələri, ev heyvanları və kif sporları) kimi rol oynayır.
Allergik təzahürlər allergenlə hər dəfə təmasda olduqda daha da güclənir.
Allerqoloji Qida Paneli ilə aşağıda qeyd olunan allergenlərə qarşı allergik reaksiyalar təyin olunur:
• f1: Yumurta ağı
• f4: Buğda unu
• f8: Qarğıdalı
• f9: Düyü
• f10: Küncüt
• f12: Noxud
• f13: Yer fıstığı (peanut)
• f14: Soya
• f17: Fındıq
• f24: Krivet
• f25: Pomidor
• f26: Donuz əti
• f27: Mal əti
• f40: Ton balığı
• f45: Çörək mayası
• f47: Sarımsaq
• f48: Soğan
• f76: Alfa laktalbumin
• f77: Beta-laktoqlobulin
• f78: Kazein
• f83: Toyuq əti
• f84: Kivi
• f85: Kərəviz
• f92: Banan • f96: Avakado
• f207: Midiya • fx29: Sitrus qarışıq
• f23: Krab (f208,f306,f33,f302)
• f03: Morina balığı