Allerqoloji Pediatrik PANEL
Simptomlar (səpgi, ödem və ya qaşınma) ümumiyyətlə allergenlə təmasdan qısa müddət sonra baş verir.
Allergik xəstəliklərə pollinoz, allergik rinit, bronxial astma, atopik bronxial astma, qida allergiyası və dərman allergiyası aiddir.
Pollinoz - bitki tozu allergiyası deməkdir. Bəzi ağaclara, otlara, güllərə, çiçəklərə qarşı insanın nəfəs yollarında baş verən allergik reaksiyadır. Tənəffüs allergiyası zamanı allergenlər bədənə hava və selikli qişalar vasitəsilə daxil olur.
Allergik xəstəliklər arasında ən təhlükəlisi dərman allergiyasıdır. Dərman allergiyası dəridə baş verən səpki və qızarmadan tutmuş boğulma və ölüm hallarına qədər ən ağır fəsadlar törədə bilir.
Qida allergiyası - zamanı müxtəlif qida məhsullarından bədəndə səpmə, qızarma, şişmə, boğulma halları baş verir. Allergiyanın, demək olar ki, istənilən qida növünə qarşı yarana biləcəyinə baxmayaraq ən çox yayılmış qida allergenləri – süd, yumurta, balıq, molyusklar, soya, buğda, qoz, fındıq və xüsusən də yerfındığıdır.
Mövsümi allergiyalar - təbiətdə baş verən dəyişikliklərlə əlaqədar yaranır. Mövsümi allergenlərə (ağaclar, otlar və otların polenləri) bütün il boyu baş verən qapalı allergenlər (ev tozu gənələri, ev heyvanları və kif sporları) aiddir.
Allergik təzahürlər allergenlə hər dəfə təmasda olduqda daha da güclənir.
Sistemli allergik reaksiya baş verərsə, ciddi, hətta həyati təhlükəsi olan reaksiyalar (anafilaktik şok) baş verə bilər.
Allerqoloji Pediatrik Panel ilə aşağıda qeyd olunan allergenlərə qarşı həssalığının təyini aparılır:
• d1: Ev tozu gənəsi (Derm. ptern.);
• d2: Ev tozu gənəsi (Derm. Farin.);
• e1: Pişik epiteli və kəpəyi;
• e2/e5: İt epiteli;
• f1: Yumurta ağı;
• f2: İnək südü;
• f9: Düyü unu;
• f13: Yer fıstığı (peanut);
• f14: Soya;
• f25: Pomidor;
• f31: Kök;
• f49: Alma;
• f75: Yumurta sarısı;
• f76: Alfa laktalbumin;
• f77: Beta-laktoqlobulin;
• f78: Kazein;
• f83: Toyuq əti;
• f93: Kakao;
• gx7: Çəmən, ot qarşığı;
• g12: Çovdar;
• m2: Cladosporium herbarum (kif göbələyi);
• m3: Aspergillus fumigatus (kif göbələyi);
• m6: Alternaria alternata (kif göbələyi);
• t3: Ağcaqayın tozcuğu;
• w6: Adi yovşan;
• t4: Fındıq tozcuğu;
• fx29: Sitrus qarışıq (f208,f306,f33,f302);
• f03: Morina balığı;
• fx10: Un qarışığı (f04, f05, f06, f07).