Allerqoloji Antibiotik PANELİ
Allergik xəstəliklərə pollinoz, allergik rinit, bronxial astma, atopik bronxial astma, qida allergiyası və dərman allergiyası aiddir.
Pollinoz - bitki tozu allergiyası deməkdir. Bəzi ağaclara, otlara, güllərə, çiçəklərə qarşı insanın nəfəs yollarında baş verən allergik reaksiyadır. Tənəffüs allergiyası zamanı allergenlər bədənə hava və selikli qişalar vasitəsilə daxil olur. Allergik xəstəliklər arasında ən təhlükəlisi dərman allergiyasıdır.
Dərman allergiyası- dəridə baş verən səpki və qızarmadan tutmuş boğulma və ölüm hallarına qədər ən ağır fəsadlar törədə bilir.
Qida allergiyası-zamanı müxtəlif qida məhsullarından bədəndə səpmə, qızarma, şişmə əlamətləri və boğulma hallarının baş verməsi mümkündür. Allergiya demək olar ki, istənilən qida növünə qarşı yarana bilər. Ən çox təsadüf edilən və yayılmış qida allergenləri – süd, yumurta, balıq, molyusklar, soya, buğda, qoz, fındıq və xüsusən də yerfındığıdır.
Mövsümi allergiyalar - təbiətdə baş verən dəyişikliklərlə əlaqədar yaranır. Mövsümi allergenlərə (ağaclar, otlar və otların polenləri) bütün il boyu baş verən qapalı allergenlər (ev tozu gənələri, ev heyvanları və kif sporları) daxildir.
Allergik təzahürlər allergenlə hər dəfə təmasda olduqda daha da güclənir.
Sistemli allergik reaksiya baş verərsə, ciddi, hətta həyati təhlükəsi olan reaksiyaların (anafilaktik şok) baş verməsi qaçılmazdır.
Allerqoloji Antibiotik Panelindən istifadə etməklə aşağıda qeyd olunan antibiotik qruplarının allergik reaksiyalar qarşı təsiri təyin olunur:
• c01: Penicillin G
• c02: Penicillin V
• c05: Ampicillin
• c06: Amoxycillin
• c223: Sulfamethoxazol
• c201: Cephalosporin
• c436: Ofloxacin
• c07: Cefaclor
• c103: Tetracyclin
• c212: Erythromycin