Allerqoloji Tənəffüs PANELİ (POLYCHEKC)
Allergik xəstəliklərə pollinoz, allergik rinit, bronxial astma, atopik bronxial astma, qida allergiyası və dərman allergiyası aiddir.
Pollinoz - bitki tozu allergiyası deməkdir. Bəzi ağaclara, otlara, güllərə, çiçəklərə qarşı insanın nəfəs yollarında baş verən allergik reaksiyadır. Tənəffüs allergiyası zamanı allergenlər bədənə hava və selikli qişalar vasitəsilə daxil olur. Allergik xəstəliklər arasında ən təhlükəlisi dərman allergiyasıdır.
Dərman allergiyası- dəridə baş verən səpki və qızarmadan tutmuş boğulma və ölüm hallarına qədər ən ağır fəsadlar törədə bilir.
Qida allergiyası - zamanı müxtəlif qida məhsullarından bədəndə səpmə, qızarma, şişmə, boğulma halları baş verir. Allergiyanın, demək olar ki, istənilən qida növünə qarşı yarana biləcəyinə baxmayaraq ən çox yayılmış qida allergenləri – süd, yumurta, balıq, molyusklar, soya, buğda, qoz, fındıq və xüsusən də yerfındığıdır.
Mövsümi allergiyalar - təbiətdə baş verən dəyişikliklərlə əlaqədar yaranır.
Mövsümi allergenlər (ağaclar, otlar və otların polenləri) bütün il boyu baş verən qapalı allergenlər (ev tozu gənələri, ev heyvanları və kif sporları) kimi rol oynayır.
Allergik təzahürlər allergenlə hər dəfə təmasda olduqda daha da güclənir.
Sistemli allergik reaksiya baş verərsə, ciddi, hətta həyati təhlükəsi olan reaksiyalar (anafilaktik şok) baş verə bilər.
Allerqoloji Tənəffüs Paneli ilə aşağıda qeyd olunan allergenlərə qarşı həssaslıq reaksiyası təyin olunur:
• g2: Donuz ayrıqotu (Bermuda grass);
• g3: Böyük ayrıqotu;
• g6: Pişik quyruğu;
• d1: Ev tozu gənəsi(Derm.ptern.);
• d201: Blomia tropicalis (gənə);
• e1: Pişik epiteli və kəpəyi;
• e3: At epiteli;
• e2/e5: İt epiteli;
• g12: Çovdar;
• g14: Yulaf;
• d2: Ev tozu gənəsi (Derm.Farin.);
• t15: Amerika (Ağ) dişbudağı;
• w6: Adi yovşan;
• w1: Ambrosia;
• w9: Bağayarpağı
• w10: Qaz ayağı otu (goosefoot);
• g8: Çayır salxımotu;
• t4: Fındıq;
• t3: Ağcaqayın;
•t7: Palıd;
• t23: Sərv (Cypress pollen);
• w21: Dərman qayaotu (wall pelitory);
• k82: Latex;
• m5:Candida albicans;
• t9: Zeytun ağacı;
• İ6: Tarakan (Blatella germanica);
• m6: Alternaria alternata;
• g15: Buğda;
• m3: Aspergillus fumigatus.