Div xəstəliyi kimi tanınan Akromeqaliya nədir?

Hipofiz vəzindən ifraz olunan hormonlardan biri də - böyümə hormonudur. Bu hormon insanların böyüməsini, fiziki inkişafını təmin edir. Hipofiz vəzində müşahidə olunan törəmələrin bir qismi böyümə hormonun qeyri-normal ifrazı ilə bağlı olur. Böyümə hormonu ifraz edən hüceyrənin törəməsi yetişkinlik dövründən əvvəl aşkarlanırsa Div xəstəliyi (qiqantizm), böyümə tamamlandıqdan sonra orta yaşlı insanlarda aşkarlanırsa Akromeqaliya xəstəliyininə yol açır. Prolaktinoma ilə müqayisədə, hipofiz vəzinin bu törəmələri daha nadir rastlanır. Xəstəlik zamanı pasiyentdə müşahidə olunur:

  • üz cizgilərində qabarlaşma,
  • burnun və çənənin önə çıxması,
  • dişlərin aralanması,
  • çənənin normal bağlanmaması,
  • dilin böyüməsi,
  • xoruldamaq, 
  • yuxu apnesi,
  • əl və ayaqlarda böyümə,
  • hipertenziya (yüksək qan təzyiqi)
  • şəkərli diabet


Akromeqaliya ürək-damar xəstəliklərinə yol açır, həyat keyfiyyətini aşağı salır. Bundan başqa, Akromeqaliya bədənin başqa nahiyyələrində  bədxassəli törəmələrin yaranmasına da səbəb ola bilər. Yuxarıda sadalanan şikayətlər müşahidə olunduqda, həyati təhlükənin qarşısını almaq üçün, mütləq ən qısa zamanda Endokrinoloqa müraciət edib, müayinələrdən sonra düzgün müalicəyə başlanılmalıdır.
Ətraflı məlumat: *0033 və ya 012 440 00 33/ 33 33, 012 408 00 33
Ünvan: M.Mirqasımov 25 A ( Nəsimi baz.yaxınlığında Tibb Universitetinə çatmamış, 42 nömrəli məktəblə üzbəüz)