K vitamini

K vitamininin sümükləri möhkəmləndirmək və ürək-damar sistemini sağlam vəziyyətdə saxlamaq kimi müsbət təsirləri artıq hər kəsə məlumdur. Əfsuslar olsun ki, insan orqanizmi K vitaminini inkişaf etdirmək qabiliyyətinə malik deyil və bu səbəbdən bədəndə K vitamininin balansını qoruyub saxlamaq üçün bu vitaminlə zəngin qidalar qəbul etmək lazımdır.
K vitamininin uzun müddət çatışmaması osteoporoza – sümüklərin kövrəkləşməsinə və tez sınma ehtimalının artmasına gətirib çıxara bilər. K vitamini əsasən yaşıl yarpaqlı tərəvəzlərdə (məs. brokoli, kahı, kələm, ispanaq), çiyələkdə, soya yağında və heyvan mənşəli bəzi məhsulların (məs. yumurta, malın qaraciyəri) tərkibində mövcuddur.

Sizin sağlamlığınız-Bizim dəyərimizdir!

Ünvan: M.Mirqasımov 25 A (Nəsimi bazarının yaxınlığında, 42 nömrəli məktəblə üz-bəuz
Ətraflı məlumat:*0033 və ya 012 310 00 22/33, 012 440 00 33/ 33 33