Missiyamız

  • Əhalinin sağlamlığının yaxşılaşdırılmasına, səhiyyə sisteminin inkişafına və bu sahəyə olan etimadın daha da gücləndirilməsinə dəstək olmaq.
  • Ölkə daxilində aparılmayan bütün laborator xidmətlərin yerli bir laboratoriyada aparılmasını təmin etmək.
  • Pasiyentlərimizin ehtiyaclarına uyğun yüksək keyfiyyətli laborator və poliklinik xidmətlər göstərmək.
  • Peşəkar  mütəxəssislərimizə daha da təkmilləşmək və ixtisaslarını artırmaq üçün dəstək olmaq.
  • Pasiyentlərimizin bizə olan inamını qorumaq və onların daimi məmnuniyyətini təmin etmək.
  • Bütün xidmətlərin şəffaf həyata keçirilməsi öhdəliyinə sadiq qalmaq.
  • Azərbaycanda laborator xidmətlər üzrə milli referent laboratoriya adını qazanmaq.
  • Keyfiyyət sahəsində müəyyənləşdirilmiş məqsədlərin davamlı izlənilməsini təmin etmək və keyfiyyəti hər zaman ön planda tutmaqla, idarəetmə sisteminin effektivliyini artırmaq.
  • Göstərdiyimiz xidmətləri zamanın tələblərinə uyğun yüksəltmək və inkişaf etdirmək.
  • Aparılan müasir testlər haqqında mütəmadi şəkildə həkimləri və geniş ictimaiyyəti məlumatlandırmaq.