Bütün uşaqlar fərdi inkişaf edir. Övladınız hələ də danışa bilmir?
Bunun kökündə müəyyən səbəblər yatır. Bunlardan hamiləlik dövründə, doğuş dövründə və uşaq dünyaya gələndən sonra inkişafında keçirdiyi hər hansı problemlər, əqli, intellektual inkişafında yaranan problemlər, ünsiyyət problemi, pedaqoji baxımsızlıq müasir texnologiyalar qarşısında saatlarla oturmaqdır.
Nitq inkişafında ləngiməsi olan uşaqlar ilk dövrlərdən passiv nitqlə özünü göstərir, hecaları gec tələffüz etməyə başlayırlar.
Övladınız danışdırmaq istəyəndə ağlayır, göz kontaktından qaçırsa, jestlər, fərqli mimikalardən istifadə edirsə, valideyn olaraq daha diqqətli olub, övladınızın mütləq həkim loqoqped-defektoloq müayinəsindən keçirməlisiniz. Müayinə əsasında düzgün diaqnoz qoyulmalı və ona uyğun iş prosesi aparılmalıdır.
Bəs nə etmək lazımdır ki, uşaqlar tez danışsın?
Hər iki valideyn uşaq dünyaya gəldiyi andan etibarən ünsiyyətdə olmalıdır. Oyunlardan istifadə edərək, hər bir əşyanı, gördüklərini düzgün adlandıraraq deyilməlidir.
Unutmayın ki, nitq ünsiyyət prosesidir və qarşılıqlı ünsiyyət nəticəsində formalaşır.
Məlumat üçün Referans Poliklinik Nəsimi və Əhmədli filialının Loqopedi Dr. Səbinə Şahlarovaya təşəkkür edirik.
Referans Poliklinik Nəsimi filialı: Nəsimi ray., M.Mirqasımov küç. 25A
Referans Poliklinik Əhmədli filialı: Xətai ray., M.Hadi küç. 229D
Çağrı Mərkəzi: *0033
Whatsapp dəstək nömrəsi: +994 70 653 00 33
- Rəylər
Загрузка комментариев...