Orqanizmdə A vitamininin səviyyəsinin az olması hazırda əsasən uşaqlar arasında daha çox yoluxma halı qeydə alınan Qızılca xəstəliyinin daha çox ağırlaşmasına səbəb olur. Vitamin A çatışmazlığı ağır fəsadların artması riski ilə əlaqələdir və göz sağlamlığına təsir göstərir. Bu səbəbdən qida rasionumuzda A vitamini bol olan qidaların olmasına mütləq şəkildə diqqət yetirməliyik.
Məlumdur ki, A vitamini bədəndə çoxsaylı funksiyaları yerinə yetirir. Göz sağlamlığına müsbət təsirləri səbəbiylə A vitamini ilə zəngin olan yerkökü keçmişdən bu günə qədər oftalmoloq olaraq xarakterizə edilir. Bədənin bir çox orqan və sistemlərində müxtəlif funksiyaları olan A vitamininin çox müsbət təsirləri vardır.
A vitamini bir çox heyvan və bitki mənşəli qidalarda müxtəlif miqdarda olur. Dənli bitkilər, çörəklər, qırmızı ət, balıq və dəniz məhsulları, süd və ondan hazırlanan məhsullar, təzə meyvə və tərəvəzlər, xüsusilə narıncı və sarı tərəvəzlər A vitamininin mühüm mənbələridir. Daha konkret desək, bu vitaminin ən zəngin mənbələri olaraq təyin oluna bilən A vitamini ehtiva edən qidaları aşağıdakı kimi sıralamaq olar:
- Pomidor, yerkökü, yaşıl və qırmızı bibər kimi rəngli tərəvəzlər;
- İspanaq, brokkoli və yaşıl yarpaqlı tərəvəzlər;
- Qovun və manqo kimi meyvələr;
- Balıq yağları;
- Qaraciyər;
- Süd və pendir;
- Yumurta;
- Vitaminlərlə zənginləşdirilmiş hər növ qidalar.
Orqanizminizdə A vitamin səviyyəsinin təyini bütün Referans filiallarında və biomaterial qəbulu məntəqələrində aparılır.
Çağrı Mərkəzi: *0033
Whatsapp: +994 70 653 00 33
- Rəylər
Загрузка комментариев...