Ürəyin əsas işi nasos funksiyasıdır. Ürək əzələsi qanı bütün orqanizmə qoşur və həmin qan orqan və toxumalara oksigen daşıyır.
Ürək çatışmazlığı ürəyin gücünün azalaraq orqan və toxumalara lazımi qan və oksigen çatdıra bilməməsidir. Bir çox xəstəliklər (hipertoniya, keçirilmiş infarkt, miokardit, endokrin xəstəliklər, aritmiyalar, bronxial astma və s. ) ürək çatışmazlığına gətirib çıxarır. Ürək çatışmazlığının bir çox əlamətləri var. Yüngül təngnəfəslikdən anasarka( bütün bədənin şişməsi, ödəmləşməsi halı) kimi.
- Təngnəfəslik – nəfəs tezləşməsi, nəfəs almaq çətinliyi, uzanmış vəziyyətdə nəfəs ala bilməmək.
- Ödəm – qayda olaraq ayaq və əl pəncələrində rastlanır. İlk stadiyalarda ödəm günün sonunda yaranır və səhərə keçir. Xəstəliyin ağırlıq dərəcəsindən asılı olaraq ödəmin yayılma sahəsi bəlli olur. Ayaqlardan başlayaraq bütün bədənin şişkinləşməsinə kimi davam edə bilir.
- Ümumi halsızlıq, əzginlik
- Hipertoniya ( qan təzyiqin düşməsi )
- Ürək döyünmə
- Dodaq və qulaq sırğalığının göyərməsi (sianoz) – hərəkət zamanı
Ürək çatışmazlığında spesifik müayinə üsulları var. İstrumental ( EKQ, EXO-KQ, MRT ) və bir çox qan analizləri ( ən spesifik NT pro BNP )
Xəstəlik ağırlıq səviyyəsinə görə müalicə olunur və çox diqqət tələb edən uzun müddətli müalicədir.
Ətraflı məlumat üçün Referans Poliklinik Mərdəkan filialımızın Kardioloqu Dr. Samir Əsgərova təşəkkür edirik!
Referans Poliklinik Mərdəkan filialı: Xəzər ray., Mərdəkan qəs., Yesenin küç. 58
Çağrı Mərkəzi: *0033
Whatsapp dəstək nömrəsi: +994 70 653 00 33
Mövzu üzrə həkimlər
- Rəylər
Загрузка комментариев...