Hepatit A eyni adlı virus tərəfindən törədilən infeksion xəstəlikdir. Hepatit A törədicisi mədə turşuluğuna, quraqlığa səbəb olan, suyun qaynadılması ilə 5 dəq ərzində məhv olan viruslardır.
Yoluxma qida və su vasitəsi ilə baş verir. Yoluxmadan sonra ortalama 30 günlük gizli dövr vardır. Bu dövr sonrası sarılıqdan öncə halsızlıq, yorğunluq, ürəkbulanma, bəzən qusma, hətta temperatur yüksəlməsi görülə bilər. Ümumi əlamətlərdən bir neçə gün sonra isə dəri və selikli qişalarda saralma, sidiyin tündləşməsi, nəcisin rənginin ağarması, sağ qabırğaaltında ağırlıq hissi və digər əlamətlər əlavə olunur. Sarılıq 3 aya qədər davam edə bilir, lakin yoluxan bütün insanlarda Hepatit A sarılıqlı formada seyr etməz. Bəzən, xüsusilə də aşağı yaş qruplarında sarılıqsız, simptomsuz gedişat müşahidə olunur.
Xəstəlik xronikləşməyən, ağırlaşmayan və sağalan xəstəlikdir. Fulminant hepatit adlanan ağırlaşma 1%-dən az insanda görülür.
Hepatit A müalicəsində üçün spesifik virus əleyhinə dərman yoxdur. Simptomları azaldan müalicə, istirahət və pəhriz təyin olunur.
Yoluxmamaq üçün əl gigiyenasına diqqət etmək, təmiz su istifadə etmək, meyvə-tərəvəzi yumadan yeməmək, dəniz məhsulları istifadəsi zamanı diqqətli olmaq lazımdır.
Hepatit A profilaktikası üçün güvənli vaksin mövcuddur.
Ətraflı məlumat üçün Referans Sumqayıt Tibb Mərkəzimizin Baş həkimi, İnfeksionist-Hepatoloqu Dr. Vüsalə Yaşara təşəkkür edirik.
Referans Sumqayıt Tibb Mərkəzi: Sumqayıt şəh., S.Vurğun küç.119
Çağrı Mərkəzi: *0033
Əlaqə nömrələri: +994 77 379 00 33; +994 18 655 03 33
Mövzu üzrə həkimlər
İnfeksionist-Hepatoloq, Referans Sumqayıt Tibb Mərkəzinin Baş Həkimi
Dr. Vüsalə Yaşar
İnfeksionist-Hepatoloq, Referans Sumqayıt Tibb Mərkəzinin Baş Həkimi
Dr. Vüsalə Yaşar
Телефон
*0033
E-mail
info@referansclc.com
- Rəylər
Загрузка комментариев...